Foto: VOA
“Abzas Media”nın həbsdə olan jurnalisti Nərgiz Absalamova Norveç və Almaniya təşkilatlarının həmtəsis etdiyi mükafata layiq görülüb.
Sentyabrın 9-da dərc edilən press-relizdə Norveçin “Fritt Ord” və Almaniyanın “ZEIT Stiftung Bucerius” fondları Absalamova da daxil olmaqla müxtəlif ölkələrdən olan bir qrup jurnalisti “Azad Media” mükafatına layiq görüb.
Press-relizdə qeyd olunur ki, Absalamova “Abzas Media”dakı “cəsarətli reportajları və qısa sənədli filmlərinə görə” mükafatlandırılıb.
“O, xüsusilə, iqlim məsələləri, korrupsiya və sosial hüquqlar barədə xəbərlər hazırlamağa özünü həsr edib. Absalamova həssas yerli icmalardan olan insanların, həmçinin ayrı-seçkiliyin qurbanı olan qadınların və gənclərin səsinə səs verib. Onun videoreportajları sosial mediada milyonlarla baxış toplayıb və vətəndaş cəmiyyətinə müsbət təsir göstərib”, - deyə bildirilib.
Məlumatda, həmçinin, jurnalistin hələ azadlıqda ikən bir neçə dəfə polis zorakılığına məruz qaldığı və kamerasının müsadirə olunduğu xatırladılır.
“Beynəlxalq media təşkilatları qadın jurnalistlərə qarşı hücumların gender-neytral olmadığını, əksinə onları ictimai həyatdan uzaqlaşdırmaq cəhdi olduğunu qeyd edirlər. Bu yalnız Azərbaycanda mətbuat azadlığı ilə bağlı xəbərdarlıq deyil. Avtoritar ölkədə jurnalist kimi işləyən bir qadın olmaq həm çətin, həm də təhlükəlidir”, - təşkilatlar vurğulayıb.
Mükafata layiq görülənlər arasında Ukrayna, Gürcüstan, Macarıstan, Rusiya və Belarusdan olan jurnalistlər və media qurumları da var.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.
Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: VOA
Foto: açıq mənbə
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
İlham Əliyev Vaşinqton görüşündən sonra siyasi yumşalmaya gedəcəkmi?
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib