Manşet

Bəylər Eyyubovun qardaşı oğlu həbs olunub

23 Dekabr, 2025
1696

Foto/kollaj: Toplum TV

Prezident Katibliyinin rəisi Bəylər Eyyubovun qardaşı oğlu, iş adamı Ruslan Eyyubovun həbs olunduğu bildirilir. 

Bu barədə dekabrın 23-də APA məlumat yayıb. 

Məlumatda deyilir ki, R.Eyyubov Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov və digərlərinə qarşı açılan cinayət işi çərçivəsində həbs edilib. 

"NB Qrup” şirkətinin rəhbəri Ruslan Eyyubov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub.

R.Daşdəmirov və Dövlət Gömrük Komitəsinin bir neçə əməkdaşının həbsi xəbəri isə dekabrın 17-də yayılıb. Onların 5 milyon manat dəyərində tütün məmulatlarını qaçaqmalçılıq yolu ilə ölkəyə gətirdiyi iddia olunur. 

Saxlanıldığı deyilən şəxslərin də ittihama münasibəti bəlli deyil. 

R.Eyyubov kimya sənayesində ixtisaslaşan "NB Holdinq" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir. Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının ona məxsus olduğu deyilir. 

R.Eyyubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi, general-mayor Həsən Eyyubovun qardaşıdır.

Onlar Prezident Katibliyinin rəisi Bəylər Eyyubovun qardaşı oğullarıdır. 

B.Eyyubov uzun müddət Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi olub. Bu ilin iyununda o, bu vəzifədən azad olunub və yeni vəzifəyə təyin olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı

7 Sentyabr 2026

sosial media

Nədənsə bu məmləkətin insanlarına baxdıqda Dino Buzzatinin “Tatar çölü” romanının qəhrəmanı Droqonu xatırlayıram. Onun da arzuları vardı və həmin arzular onu yaşadırdı. Bəlkə də insanı yaşadan elə arzularıdır. Bu gün sahib olmadığımız, amma sabah əldə edəcəyimizə inandığımız şeylər, bir gün dəyişəcəyini düşündüyümüz həyat, gələcəyinə ümid etdiyimiz yaxşı günlər. Həyatımızın böyük bir hissəsi bu gözləntilərin içərisində keçir. Bəzən fərqinə varmadan bu günü deyil, gələcəkdə başlayacağına inandığımız başqa bir həyatı yaşayırıq və ya onu yaşamağı arzu edirik. İtalyan yazıçısı Dino Buzzatinin “Tatar çölü” romanında gənc leytenant Droqo hərbi məktəbi bitirdikdən sonra xidmət etmək üçün Bastiani qalasına göndərilir. Qarşıda uzun bir həyatı, hərbçi...
Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...

Seçilmiş Videolar

Toplum TV loqo