“The Guardian”: ‘Rusiya bir neçə ay ərzində NATO ölkəsinə hücum edə bilər’
Kremlin.ru
Bəzi Avropa kəşfiyyat rəsmiləri Rusiyanın bir neçə ay ərzində NATO üzvü olan ölkəyə hücum edə biləcəyi barədə xəbərdarlıq ediblər.
Bu barədə Britaniyanın “The Guardian” qəzeti yazıb.
Nəşrə danışan Çexiyanın Təhlükəsizlik İnformasiya Xidmətinin (BIS) rəhbəri Mixal Koudelka bildirib ki, NATO ərazisinə məhdudmiqyaslı hərbi müdaxilə Kremlin planlarının bir hissəsi ola bilər. Onun sözlərinə görə, belə bir ssenari “illər deyil, aylar ərzində” reallaşa bilər.
Polşanın baş naziri Donald Tusk da kəşfiyyat məlumatlarına əsaslanaraq oxşar xəbərdarlıq edib. O bildirib ki, Rusiya NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin praktikada işləmədiyini göstərmək üçün alyansın ərazisinə hücum edə bilər.
Fransa prezidenti Emmanuel Makron Tuskun xəbərdarlığını əsaslı adlandırıb. Niderlandın baş naziri Rob Yetten isə bu xəbərdarlığın ciddi qəbul edilməli olduğunu deyib.
Almaniyanın Müdafiə Nazirliyi və kəşfiyyat rəsmiləri də Rusiyanın 2029-cu ilədək NATO ilə müharibəyə hazır vəziyyətə gələ biləcəyini bildirirlər.
“Politico”nun məlumatına görə, yanvar–avqust aylarında Avropada məsuliyyəti rəsmi olaraq Rusiyanın üzərinə qoyulan 100 hibrid hücum qeydə alınıb. Nəşrə danışan, adı açıqlanmayan yüksəkvəzifəli NATO rəsmisi isə kiberhücumlar nəzərə alınmadan belə, real sayın 200-dən çox olduğunu iddia edib.
Rusiyaya qonşu Baltikyanı ölkələrin rəsmiləri isə mümkün hücum barədə xəbərdarlıqların cəmiyyətdə qorxu yaradaraq Kremlin maraqlarına xidmət edə biləcəyini deyirlər.
Latviyanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Normunds Mejviets yaxın zamanda hücum olacağına dair əlamət görmədiklərini bildirib. Onun sözlərinə görə, Moskva Qərb cəmiyyətlərində qorxu və qeyri-müəyyənlik yaymağa çalışır.
Estoniya Xarici İşlər Nazirliyinin baş katibi Yonatan Vseviov da yayılan məlumatlara belə münasibət bildirib.
“Hücumdan qorxmaq üçün əsas olarsa, əmin olun ki, bunu açıq şəkildə bildirəcəyik. O vaxta qədər sakit olun, işinizə davam edin”, - o, “X” hesabında yazıb.
“The Guardian” qeyd edir ki, Baltikyanı ölkələr mümkün hücum barədə açıqlamaların öz cəmiyyətlərinə və iqtisadiyyatlarına zərər vurmasından narahatdırlar.
Kreml isə Rusiyanın NATO-ya hücum edəcəyi barədə iddiaları rədd edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Axios: “Tramp yenə Zelenskidən Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağı istəyib”
sosial media
rbc
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”