Foto: sosial media
Gürcüstanda hökumətə qarşı etiraz aksiyasında çəkiliş etmiş azərbaycanlı gənc ölkəyə buraxılmayıb.
Gürcüstan İctimai İşlər İnstitutunun tələbəsi Cavid Əhmədov Toplum TV-yə deyib ki, sentyabrın 6-da İstanbuldan Tbilisiyə uçsa da, gürcü sərhədçilər tərəfindən ölkəyə keçməsinə icazə verilməyib.
Ona ölkəyə buraxılmamasına dair izahat verilməyib.
Əhmədov avqustun 24-də Gürcüstanın Sarp sərhəd-keçid məntəqəsində Türkiyəyə keçmək istəyərkən adına cərimə yazıldığını öyrənib. Hökumətə qarşı etiraz aksiyasında çəkiliş etmiş gəncə "yolu bağlamaq" ittihamı ilə 5,000 lari (təxminən 3,150 manat) cərimə kəsilib.
Tələbə həmin gün cərimə ödəmədən sərhədi keçib. Gürcüstan qanunvericiliyinə görə, cərimə olunmuş şəxsin ölkəni tərk edərkən cəriməni ödəmək məcburiyyəti olmasa da, yenidən giriş etdikdə ödəməlidir.
Yenidən Gürcüstana giriş etmək istəyən Əhmədova bu dəfə cəriməsinin 10,000 lari olduğu deyilib. O, cəriməni ödəməyə razılıq versə də, bir qədər sonra ona cəriməni ödəsə belə ölkəyə buraxılmayacağı bildirilib.
Magistratura üzrə jurnalistika proqramında təhsil alan Əhmədov iyulun 10-da Tbilisidə baş tutmuş etiraz aksiyasına dərsdən verilən ev tapşırığı çərçivəsində çəkiliş etmək üçün getdiyini deyib.
O, Gürcüstanın Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və parlamentinə ərizə məktubları yazaraq cərimənin ləğv olunmasını istəsə də, ona cavab verilməyib.
Əhmədov İstanbula qayıtdığını, hazırda universitetin tələbə mübadiləsi proqramında iştirak etmək üçün Almaniyaya uçmağa hazırlaşdığını qeyd edib.
Gürcüstanda ötən ilin noyabrından bəri yeni parlament seçkiləri və Avropaya inteqrasiya kursunun davam etdirilməsi tələblərilə etirazlar keçirilir.
Hökumət isə tələbləri rədd edir və jurnalistlər də daxil olmaqla aksiyalarda iştirak edənləri "yolu bağlamaq" adı ilə cərimələyir.
Ötən ilin dekabrına qədər 500 lari məbləğində olan cərimə 10 dəfə artırılmaqla 5,000 lari məbləğində təyin edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: VOA
Foto: VOA
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
İlham Əliyev Vaşinqton görüşündən sonra siyasi yumşalmaya gedəcəkmi?
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib