Foto: sosial media
Həbsdə olan işçi hüquqları fəalı Ayxan İsrafilov Bakı İstintaq Təcridxanasına köçürülüb.
Bu barədə onun yaxınları "Toplum TV"-yə xəbər verib.
Onların sözlərinə görə, fəal həbs müddətinin üçdə ikisini tamamladığına görə şərti azadlığa buraxılması üçün məhkəməyə müraciət edib. Məhkəmə onun vəsatətini təmin etməyib və A.İsrafilov Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Onun şikayəti üzrə noyabrın 12-də apellyasiya iclası təyin olunub və A.İsrafilov saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına (BİT) köçürülüb.
O, ailə üzvləri ilə telefon danışığında bildirib ki, BİT-də qapalı rejim hökm sürür, bu isə onun səhhəti üçün əlverişli deyil.
“Bakı Ağır Cinayətlər Məhkəməsi mənə ümumi rejimli cəzaçəkmə müəssisəsində həbs verib. Hal-hazırda cəzamdan şərti olaraq azad olmaq üçün apellyasiya məhkəməsinin olması üçün məni Kürdəxanı təcridxanasına aparırlar. İstintaq təcridxanası isə qapalı şəraitdir. Bu birbaşa olaraq mənə verilən hökmə əsasən hüquq pozuntusudur”, - o qeyd edib.
Ailə üzvləri bildirib ki, fəalın ayağında zədə var və o, ayağını yaxşılaşdırmaq üçün mütəmadi idman hərəkətləri etməlidir, qapalı rejimdə isə bu mümkün deyil.
A.İsrafilov həm də bildirib ki, BİT-də ona ailə üzvləri ilə yalnız şüşə arxasında görüşə biləcəyi deyilib. O əlavə edib ki, onun saxlanıldığı 10 kvadrat metrlik kamerada 6 nəfər qalır.
Ayxan İsrafilov 2023-cü il avqustun 13-də moto-kuryerlərin etiraz aksiyasına dəstək verdikdən sonra narkotik ittihamı ilə saxlanılmışdı.
Bu ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il azadlıqdan məhrum edib.
Bu ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsi A.İsrafilovun işi ilə bağlı qərar verib, onun azadlıq hüququnun Azərbaycan hökuməti tərəfindən pozulduğuna qərar verib.
2022-ci ildə yaradılan "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov, üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi sayırlar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”