Manşet

Kamran Əliyev: “Azərbaycanlıların ölümü ilə bağlı Rusiya ilə mütəmadi əlaqə saxlayırıq” 

22 İyul, 2025
27

Foto: açıq mənbə

Baş Prokuror Kamran Əliyev iyunun 27-də Yekaterinburqda iki azərbaycanlının ölümü ilə bağlı başladılan cinayət işindən danışıb. 

“Report.az”a danışan Əliyev deyib ki, Azərbaycan tərəfi hadisə ilə əlaqədar Rusiya Baş Prokurorluğu və İstintaq Komitəsi ilə mütəmadi əlaqə saxlayır. 

“Hərçənd, Rusiya tərəfi deyir zərərçəkənlər öz ölkələrinin vətəndaşlarıdır, amma Azərbaycan ikili vətəndaşlığı tanımadığı üçün onlar bizim vətəndaşlardır. Ona görə biz onlarla bağı ekspertizalar keçirdik, təəssüf olsun ki, həmin şəxslərin işgəncələr, döyülmələr, ağır bədən xəsarətləri alınması nəticəsində həyatlarını itirdikləri müəyyən olundu” - o qeyd edib. 

“Həmin işlərlə də bağlı biz istintaq hərəkətləri aparırıq və əldə olunmuş bütün sübutları Rusiya İstintaq Komitəsi tərəfə təqdim etmişik. Rusiya tərəfindən mənə deyilib ki, həmin zorakılıq faktları ilə bağlı İstintaq Komitəsi tərəfindən ayrıca araşdırma aparılır. Ümid edirik ki, bu məsələ ilə bağlı açılmış cinayət işinin nəticələri olacaq”, - o əlavə edib. 

İyunun 27-də Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi reyd nəticəsində 10-dan artıq azərbaycanlı saxlanılıb. Onlardan ikisi polis idarəsində ölüb. 

Saxlanılan şəxslər 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayətlərdə ittiham olunurlar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Əliyevə ünvanlanan “razılaşdırılmış” suallar

22 İyul 2025

Foto: president.az

Müstəqil jurnalistlərin demək olar ki hamısının həbsdə olduğu Azərbaycanda prezident İlham Əliyev nadir hallarda, dövlət nəzarətində olan telekanallara müsahibə verir. Əliyev yaxın tarixdə cəmi iki dəfə müstəqil azərbaycanlı jurnalistlərin suallarına cavab verib - bir dəfə Praqada "Azadlıq Radiosu"nun Azərbaycan xidmətinin, bir dəfə isə Berlində "Mikroskop Media" jurnalistinin. Hər iki halda jurnalistlər ev sahibi ölkələrin mətbuat üçün yaratdığı şəraitdən istifadə ediblər. Ümumiyyətlə, Əliyev 2020-ci ilin sentyabrındakı Qarabağ müharibəsinə qədər mətbuata danışması ilə tanınmayıb. Müharibə dövründə isə o, demək olar ki, hər gün, “CNN” və “BBC” kimi tanınmış media orqanlarından da daxil olmaqla, xeyli xarici jurnalistə geniş müsahibələr verib. O, həmçinin, ildə...
Manşet

Azərbaycan mətbuatı 150 yaşında

22 İyul 2025

Foto: Əziz Kərimov

İyulun 22-də Azərbaycan milli mətbuatının 150 yaşı tamam olur. Builki mətbuat günü də ötən il olduğu kimi ən çox jurnalistin həbsdə olması ilə yadda qalır. 2023-cü ilin noyabrından bəri 30-dan çox jurnalist və media işçisi valyuta qaçaqmalçılığı ittihamı ilə həbs olunub. Amma onlar ittihamları qəbul etmir, həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.  Hakimiyyət təmsilçiləri ölkədə heç bir jurnalistin məhz işinə görə həbs olunmadığını deyir.  Azərbaycan 2025-ci ildə Sərhədsiz Reportyorlar Təşkilatının mətbuat azadlığı indeksində 180 ölkə içində 167-ci olub. Ötən il 164-cü idi. Müqayisə üçün, Ermənistan indeksdə 34-cü, Gürcüstan 114-cü pillədə yer tutub. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi "Əkinçi" qəzetini...

Seçilmiş Videolar

Toplum TV loqo