Məhkəmə

“Həbsxana böyüklüyündə redaksiya - əcəb yubileydir!”

22 İyul, 2025
84

Foto: sosial media

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Fatimə Mövlamlı Milli Mətbuat Günü münasibətilə ictimaiyyətə məktub ünvanlayıb:

Eyni belə isti keçən yay günlərinin birində şəhərdə sorğu keçirirdim. Müsahibə verməyə razılaşan insanlarla sosial problemləri barədə söhbətləşirdik. Bu minvalla dolaşdığım küçələrdən birində başqa bir televiziya müxbirinin də sorğu keçirdiyini gördüm. Ayaq saxlayıb onu və yanındakı operatoru müşahidə etmək qərarına gəldim. 

Çox keçməmiş orta yaşlı bir kişiyə yaxınlaşdılar. Kişinin övladının əlillik təqaüdü ala bilməməsindən şikayətləndiyini eşitdim. Adam danışmağa təzəcə başlamışdı ki, müxbir ilə operator əvvəldən sözləşiblərmiş kimi biri kameranı söndürdü, digəri uzatdığı mikrafonu geri çəkdi. Müsahiblərinə heç bir izahat vermədən eləcə üzlərini çevirib getdilər. 

Vaxt itirmədən kişiyə yaxınlaşıb kameramı işə saldığımı xatırlayıram. 

"Buyurun, danışın" - dedim.

"Hamısını yayımlayacaqsınız?" - kişi çəkinə-çəkinə soruşdu.

"Hamısını" - deyə cavablandırdım.

Bu gün həbsdə olmağımızın səbəbləri bu xatirədə cəmlənib. Etirazı, şikayəti olana uzatdığımız mikrofonlar və yayılmadığımız həqiqətlər...

Milli mətbuatımızın yaranmasından bəri ötən 150 ilin sonunda ölkədəki mənzərə belədir: İqtidar jurnalistikanı cinayət əməli elan edib (Baxmayın, söhbət dürüst jurnalistikadan gedir. Yoxsa ki, mirzəlik etməkdən ötrü ləyaqətini xərcləyənlər üçün qapıları həmişə açıqdır).

Azərbaycanda yaşayan müstəqil jurnalistlərin əhəmiyyətli dərəcədə böyük bir hissəsi saxta ittihamlarla həbs edilib. Burada o qədər çoxuq ki, arada elə bilirəm ki, redaksiyalarımız bağlanmayıb, sadəcə Bakı İstintaq Təcridxanasının binasına köçürülüb. (Həbsxana böyüklüyündə redaksiya - əcəb yubileydir!)

Müstəqil jurnalistlərin barəsində seçilən həbs qətimkan tədbirini şablon "Azadlığa çıxsa, istintaqın gedişinə mane ola bilər" söhbətindən savayı həm də onunla əsaslandırırlar ki, cinayət əməlini təkrar törədə bilər. 

Başa düşmürlər ki, "cinayət alətlərimiz" qələm və kağız yanımızda olduğu müddətdə biz eyni "cinayət əməlini" həbsdə də "törətməkdən" - həqiqətləri yazmaqdan geri qalmayacağıq.

Nə qanunsuz həbslər, nə media haqqında qanuna edilən mürtəce dəyişikliklər bunun qarşısını ala biləcək (Yeri gəlmişkən, mirzələr nahaq yerə əziyyət çəkib həmin qanunu uzun-uzadı şərh eləməsinlər. Qanunun hazırkı mahiyyəti onunla tanış olan hamıya bir cümlə halında aydındır: "Azərbaycanda jurnalistika qadağandır!")

Mətbuata qarşı repressiyalar bizlərin azadlıqları ilə yanaşı, vətəndaşların da doğru informasiyaya və narazılıqlarını dilə gətirə biləcəkləri platformalara çatımlılığını məhdudlaşdırıb. Amma hələ heç nə bitmiş deyil. Qaranlığın zəifləyib hökmranlığını itirəcəyi gün mütləq yetişəcək.

Onda bizlər də kameralarımızı yenidən işə salacaq, mikrofonlarımızı danışmaq istəyən hər kəsə uzadacaq və söz veririk, hamısını yayımlayacayıq!

Fatimə Mövlamlı
Bakı İstintaq Təcridxanası


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Mətbuatsız 150 illiyə

22 İyul 2025

Foto: sosial media

Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş Kürdəxanı Təcridxanasından yazır. Meydan TV-nin dərc etdiyi yazını təqdim edirik: Necəsiniz, media əhli? 8 aya yaxındır ki, internetdən uzaq düşmüşəm, məlumatsızam, gündəlik xəbər planını doldura bilirsinizmi?! TV-lərə baxıram, müstəqil medianın başını əzəndən sonra ölkədə problem də qalmayıb, güllük-gülüstanlıqdır. Hərdən hansısa kənd sakinləri motosikletlərin səsindən narahat olur, hərdən də kiməsə səhv avtomobil cərimələri, işıq-qaz qəbzləri gəlir. Belə anlayıram, yol infrastrukturuna baxan qurumun rəhbəri də simic adamdır, imkan verir hansısa qəsəbənin yol problemi işıqlandırılsın.  Vəssalam. Belə xırda problemlər istənilən ölkədə var, bizdə də olmalıdır ki, şanlı mediamız, xüsusilə TV-lərimiz xəbərsiz qalmasın. Yenə şükür, maaşınız artmasa...
Məhkəmə

Abzasçılar həbsdən yazır: Biz çəkirik, amma siz pis düşürsünüz 

22 İyul 2025

Foto/kollaj: Toplum TV

“Abzas Media“nın həbsdə olan əməkdaşları Ülvi Həsənli, Sevinc Vaqifqızı, Elnarə Qasımova, Nərgiz Absalamova həbsdən yazırlar. Nəşrin dərc etdiyi yazını təqdim edirik: “Çəkirik, amma pis düşürsünüz” – bu, kameramıza hücum edən hər kəsə - polisə, seçki məntəqəsi üzvünə, hakimiyyət nümayəndəsinə dediyimiz söz idi. İndi biz bu çəkilişlərin cəzasını çəkirik və onlar yenə mətbuat azadlığı sıralamasında pis - 180 ölkə arasında 167-ci yerə düşürlər. Çünki Azərbaycanda çəkilişə icazə verilmədiyini göstərən işarələr təkcə metrolarda deyil artıq. Hər küncdə-bucaqda gözətçi polislər kameraya bənddirlər ki, onu əlinizdən alıb, özünüzü isə həbsə göndərsinlər. Onlar bizi yaxalayana qədər biz çəkdik, amma onlar pis düşdülər. Niyə pis düşürlər? Göstəririk. Korrupsiya vətəndaşları artıq kanalizasiya xəttində...

Seçilmiş Videolar

Toplum TV loqo