Foto: sosial media
İyulun 22-də həbsdə olan ictimai fəal Nicat İbrahimə hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin vəkili Zibeydə Sadıqova çıxış edərək müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib.
APA-nın xəbərinə görə, Nicat İbrahim son söz deyib, məhkəmədən bəraət istəyib.
Məhkəmənin hökmünə əsasən, Nicat İbrahimə ittiham olunduğu 126.2.4-cü maddə üzrə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Onun təqsirləndirildiyi 221.3-cü maddəyə isə xitam verilib.
Dövlət ittihamçısı Nicat İbrahimin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
2024-cü ilin sentyabrında həbs olunan N.İbrahim Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətiylə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələriylə ittiham olunurdu.
O, ittihamları rədd edir və deyir ki, Bəhmən Əliyev adlı şəxsi, ümumiyyətlə, tanımır.
N.İbrahim 2020-ci ilin iyulunda Prezident Administrasiyasının önündə İlham Əliyevə istefa tələbi ilə etiraz aksiyası keçirməyə gedərkən saxlanılmış və koronavirus yaymaq ittihamı ilə 1 il 3 ay həbs cəzası almışdı.
Fəal o vaxt da təqsirsiz olduğunu, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını demişdi.
O, 2017-ci ildə ağzını tikərək aclıq etməklə polislərə qarşı etiraz aksiyası da keçirmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Foto/kollaj: Toplum TV