Foto: sosial media
III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli Kürdəxanı İstintaq Təcridxanasından yazır:
Qurucu liderimiz M.Ə.Rəsulzadə deyirdi ki, millətə hər cür fitnə-fəsadın mənbəyini, onun hansı tərəfdən gəldiyini göstər. Əminik ki, o zaman millət nə edəcəyini bilər. Fitnə-fəsadın, onun hansı tərəfdən gəldiyini millətə göstərən siyasətçilər, jurnalistlər bugün həbsxana hücrələrinə məhkum ediliblər.
Korrupsiya millətimizi məhv edir deyirdim. Əyani sübutum yağış suları nəticəsində körpünün altında tuneldə boğulan vətəndaşın faciəsi, yol gedərkən yolun çökməsi nəticəsində kanalizasiyaya düşüb boğulan vətəndaşın faciəsi… Bunu hər biriniz gördünüz.
Xarici siyasətimizi tənqid edirdim. Strateji müttəfiqimiz kimi bizə təqdim etdikləri Rusiyanın son bir ildə ölkəmizə, millətimizə etdiklərini hər birimiz izləyirik.
Unutmayın, ölkəmizdəki problemlərin hər biri siyasidir. Çıxış yolu da siyasi iştirakçılıqdan keçir.
Baş verən haqsızlığın, ədalətsizliyin fonunda özünə ziyalı, jurnalist, siyasətçi deyənlər təəssüf ki, şəxsi çıxarlarını millətin mənafeyində üstün tutaraq susurlar.
Hüqo "Ölüm məhbusunun son günü" əsərində yazırdı: "Ürəyimin dərinliyində bu adamlara yazığın gəlirdi, onlar güləndə mən ağlamaq istəyirdim".
Hər zaman yazdığım, dediyim fikirləri bir daha təkrar edirəm. Qaranlıqdan aydınlığa çıxış sənin addımından asılıdır. Haradansa ümid gözləmə!
Sonda fikrimi ABŞ-ın keçmiş prezidenti Barak Obamanın 2015-ci ilin iyul ayında etdiyi çxışındakı sözlərlə bitirirəm: "Bəzən liderlərin "mən bu ölkəni bir arada tuta biləcək tək kişiyəm" dediklərini eşidəcəksiniz. O zaman bilin ki, o lider ölkənin inkişafı mövzusunda gerçəkdən uğursuzdur".
Ruslan İzzətli
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Foto/kollaj: Toplum TV