Manşet

Media qanununa dəyişikliklər: “Adlar əxlaqa zidd olmamalıdır” 

4 İyul, 2025
722

Foto: Əziz Kərimov

İyulun 4-də Milli Məclisdə “Media haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. 

Dəyişikliklər birinci oxunuşda qəbul edilib. 

Bəzi dəyişikliklər Azərbaycanda fəaliyyət göstərmək istəyən xarici media qurumlarına şamil olunub. 

Bunlardan birinə əsasən, Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana məlumat verməlidir.

Əlavə olaraq, onlar dövlət qeydiyyatına alındıqdan sonra 7 iş günü ərzində dövlət media reyestrinə daxil edilmək üçün eyni orqana müraciət etməlidirlər.

Xarici media subyektlərinin bu tələbləri pozduqda, habelə media reyestrindən çıxarıldıqda isə onların filial və nümayəndəliyi ləğv oluna, saytına isə giriş məhdudlaşdırıla bilər. 

Başqa bir dəyişikliyə əsasən, informasiya agentliyinin azı 20 media subyekti ilə informasiya verilməsi haqqında müqaviləsi olmalı və azı 5 xarici ölkədə jurnalisti akkreditasiya olunmalıdır. 

Bundan əlavə, çap mediası subyekti media reyestrində olmadan fəaliyyət göstərdikdə onun çap məhsulunun nəşri və ya yayımı qadağan edilir.

İndiyədək qüvvədə olan qanunda isə qeyd olunurdu ki, çap mediası məhsulunun yayımının dayandırılmasına və onun tirajının müsadirə edilməsinə yalnız məhkəmə qərar verir. 

Digər dəyişiklikdə vurğulanır ki, media subyektlərinin adları digərlərinin adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında “ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən” istifadə edilməməlidir.

2021-ci ilin dekabrın 30-da Azərbaycan parlamenti media haqqında qanun qəbul edib. Azərbaycan Prezidenti İlham Əliyev qanunu 2022-ci ilin fevralında imzalayıb.

Qanun media sahəsində təşkilati-hüquqi və iqtisadi əsasları, habelə kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayılmasının ümumi qaydalarını müəyyən edir.
Sənəd jurnalistlərin fəaliyyəti ilə bağlı məsələləri, o cümlədən jurnalistlərə müvafiq vahid vəsiqələrin verilməsi, media reyestri yaradılması məsələlərini əhatə edir və gizli çəkiliş aparılmasını qadağan edir. 

Qanunun qəbulu ərəfəsində bir çox jurnalist etiraz aksiyası keçirərək ona qarşı çıxmışdılar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo