Manşet

Milli Məclis kazinolara icazə verən qanun layihəsini qəbul edib

8 İyul, 2025
362

Foto: açıq mənbə

Milli Məclis iyulun 8-də keçirilən növbədənkənar sessiyasında Azərbaycanda kazinoların fəaliyyətinə icazə verən qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Bu barədə "Modern.az" saytı xəbər yayıb. 

Xəbərə əsasən, qanun layihəsində süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinin hüquqi və təşkilati əsaslarının müəyyən edilməsi nəzərdə tutulur. 

Bununla da, kazino oyunları yalnız Xəzər dənizində yaradılan süni torpaq sahələrində keçirilə bilər.

Milli Məclisin iclasında süni torpaq sahələrində kazino oyunlarının təşkili və keçirilməsinin vergi daxilolmalarının artmasına, ölkənin turizm potensialının inkişafına, yeni iş yerlərinin açılmasına xidmət edəcəyi bildirilib.

"Əlavə edilib ki, kazino oyunlarının yalnız süni torpaq sahələrində təşkil olunması bu fəaliyyətin nəzarətli və mərkəzləşdirilmiş formaya salınmasına imkan verir. Eyni zamanda, bu dəyişikliklərlə lisenziyalaşdırma, AML/CFT nəzarəti, reklam hüququ, vergi və rüsum tənzimləmələri, eləcə də hüquqi və inzibati məsuliyyət mexanizmləri normativ əsasda təsbit edilir", - deyə "Modern.az" qeyd edib. 

Azərbaycanda kazino oyunları 1998-ci ildə keçmiş Prezident Heydər Əliyevin sərəncamı ilə qadağan olunmuşdu. 

2024-cü ilin oktyabrında Rusiya vətəndaşı olan əslən azərbaycanlı iş adamı və müğənni, Prezident İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarov Nardaran qəsəbəsində tikdirdiyi “SeaBreeze” kurort kompleksində kazino açmaq istəyini səsləndirib. 

O, rusiyalı jurnalist Kseniya Sobçaka müsahibəsində deyib ki, hökumət kazinoların qanuniləşdirilməsi ideyasını nəzərdən keçirir. Bu çıxışdan sonra hökumətyönlü media və deputatlar kazinoların qanuniləşdirilməsini əsaslandıran çıxışlar etməyə başlayıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo