Manşet

Türkiyədən Azərbaycana gətirilən talış fəal dövlətə qarşı çağırışda ittiham olunur 

21 Noyabr, 2025
447

Foto: açıq mənbə

Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən talış fəal Kamal İsayevin Azərbaycan Cinayət Məcəlləsi üzrə ittiham olunduğu maddələr məlum olub. 

Fəalın həyat yoldaşı Aida İsayeva "Toplum TV"-yə deyib ki, K.İsayev Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur. 

Bu maddələrdən birincisi üzrə 5-8 il, digəri üzrə 2-4 il həbs cəzası nəzərdə tutulur. 

A.İsayeva bu barədə həyat yoldaşına dövlət tərəfindən ayrılan vəkil vasitəsilə öyrənib. 

Moskvada yaşayan A.İsayeva bildirir ki, indiyə qədər nə özü, nə də Bakıda yaşayan qohumları K.İsayevlə əlaqə saxlaya bilir. 

O xatırladıb ki, sonuncu dəfə noyabrın 7-də həyat yoldaşı ilə telefon əlaqəsi olub və onun həbsindən yalnız noyabrın 12-də xəbər tutub. 

A.İsayeva Rusiya vətəndaşı olan həyat yoldaşı ilə bağlı bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) müraciət edib. XİN-dən ona müraciətinin qeydə alındığı və qiymətləndirmə üçün Bakıdakı Rusiya səfirliyinə göndərildiyi bildirilib. 

Vəkil, həmçinin, ailəyə bildirib ki, K.İsayevin məhkəməsi hələ də olmayıb. 

A.İsayeva daha öncə "Toplum TV"-yə deyib ki, həyat yoldaşı Sovet İttifaqı dağılmamışdan əvvəl Moskvaya köçüb və sonradan Rusiya vətəndaşlığı alıb. O, “Facebook” hesabında Rusiya prezidenti Vladimir Putinə müraciət edərək həyat yoldaşının azad olunmasına yardım göstərilməsini xahiş edib.

Onun sözlərinə görə, xroniki peptik yara xəstəliyindən əziyyət çəkən K.İsayev noyabrın 2-də müalicə məqsədilə İstanbula səfər edib. 

Vəkil Cahangir Cavadov "OC Media"ya açıqlamasında iddia edib ki, K.İsayevin ikili vətəndaşlığı var və beynəlxalq qanunvericilik onun Azərbaycana deportasiyasını qadağan etmir.

A.İsayeva isə həyat yoldaşının heç vaxt Azərbaycan vətəndaşlığı olmadığını bildirir.

K.İsayevin “YouTube” platformasında “Jahid Kamal” və “Arya Toloş” adlı kanalları olub və o, Azərbaycan hakimiyyətinin etnik azlıqlarla bağlı siyasətini mütəmadi tənqid edib.

“O, talışların hüquqlarından, talış dilinin ölməsindən danışırdı. Həmçinin siyasi məhbusları müdafiə edirdi. Heç vaxt dövlət çevrilişindən danışmayıb”, - A.İsayeva deyib.

Mart ayında talış tarixçi Zahirəddin İbrahimovun Rusiyanın Yekaterinburq şəhərində yoxa çıxdığı xəbəri yayılmışdı. Bir müddət sonra onun Lənkəranda yaşayan qohumları Dövlət Təhlükəsizliyi Xidmətindən məktub alıblar. Məktubda Z.İbrahimova qarşı dövlətə xəyanət də daxil olmaqla bir neçə ittiham qeyd olunub.

Bundan əvvəl isə Belarusda yaşayan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilov Azərbaycana səfəri zamanı - 2024-cü il iyulun 22-də saxlanılmışdı. Ona Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən 18 il həbs cəzası verilib.

İttihama görə, İ.Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və milli zəmində nifrət yaratmaq cəhdində günahlandırılır. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (xarici təşkilatların tapşırığı ilə dövlət əleyhinə çağırışlar) və 283.1-ci (nifrət və düşmənçilik salma) maddələri ilə ittiham olunur.

İ.Əbilovun Hüquqlarını Müdafiə Komitəsi isə bildirir ki, o, heç bir siyasi fəaliyyətlə məşğul olmayıb və “yeganə cinayəti” elmi obyektivlik və mədəni irsin qorunması olub.

BMT məruzəçiləri də daxil olmaqla bir neçə beynəlxalq insan haqları təşkilatı İqbal Əbilovu “siyasi məhbus” kimi tanıyıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı

7 Sentyabr 2026

sosial media

Nədənsə bu məmləkətin insanlarına baxdıqda Dino Buzzatinin “Tatar çölü” romanının qəhrəmanı Droqonu xatırlayıram. Onun da arzuları vardı və həmin arzular onu yaşadırdı. Bəlkə də insanı yaşadan elə arzularıdır. Bu gün sahib olmadığımız, amma sabah əldə edəcəyimizə inandığımız şeylər, bir gün dəyişəcəyini düşündüyümüz həyat, gələcəyinə ümid etdiyimiz yaxşı günlər. Həyatımızın böyük bir hissəsi bu gözləntilərin içərisində keçir. Bəzən fərqinə varmadan bu günü deyil, gələcəkdə başlayacağına inandığımız başqa bir həyatı yaşayırıq və ya onu yaşamağı arzu edirik. İtalyan yazıçısı Dino Buzzatinin “Tatar çölü” romanında gənc leytenant Droqo hərbi məktəbi bitirdikdən sonra xidmət etmək üçün Bastiani qalasına göndərilir. Qarşıda uzun bir həyatı, hərbçi...
Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...

Seçilmiş Videolar

Toplum TV loqo