Manşet

Ukraynalı jurnalist: “Rusiyaya işləyən azərbaycanlılar öldürülüb” 

14 İyul, 2025
241

Foto: Ukrainska Pravda/Reuters

Ukraynalı jurnalist Yuri Butusov Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən Rusiyaya işləməkdə ittiham edilərək öldürülən şəxslərin azərbaycanlılar olduğu haqda xəbər yayıb

Məlumat SBU və ya digər rəsmi orqanlar tərəfindən təsdiqlənməyib. 

İyulun 13-də SBU-nun yaydığı bəyanatda daha öncə SBU zabitini öldürən bir kişi və bir qadının həmin gün əməliyyat nəticəsində zərərsizləşdirildiyi bildirilib. Onların milliyəti və ya kimliyi açıqlanmayıb. 

“Onların Rusiya Federal Təhlükəsizlik Xidmətindən (FSB) olan kuratoru onlara SBU zabitinin gündəlik rejimini və marşrutlarını müəyyənləşdirmək üçün onu izləməyi tapşırıb, daha sonra isə silah və səsboğanın yerləşdirildiyi gizli yerin koordinatlarını verib”, - bəyanatda qeyd olunub. 

SBU zabiti İvan Voroniç iyulun 10-da Kiyevdə öldürülüb. 

Ardınca qeyd olunub ki, Voroniçin qatilləri ölkə daxilində gizlənməyə çalışıblar, lakin onların yerləri SBU və polisin əməkdaşlığı nəticəsində təsbit olunub. Sözügedən şəxslərin əməliyyat zamanı müqavimət göstərdiyi və buna görə öldürüldüyü bildirilib. 

“Facebook” səhifəsində xəbərə münasibət bildirən siyasi şərhçi Şahin Cəfərli maddi təminatsızlıq ucbatından Rusiya kimi ölkələrə gedən azərbaycanlıların xüsusi xidmət orqanları tərəfindən ələ alındığını yazıb. 

“Bu hekayədə bizim üçün narahatlıq doğuran başlıca məqam odur ki, çörəkpulu dalınca qürbət ellərə, xüsusən Rusiya kimi təhlükəli bir ölkəyə getmək məcburiyyətində qalan soydaşlarımız xüsusi xidmət orqanları üçün asan "ov"a çevrilir. Onları "verbovka" etmək ən təcrübəsiz xüsusi xidmət əməkdaşı üçün də çox sadə vəzifədir. Bu tip ucuz agentlər daha çox birdəfəlik əməliyyatlarda istfadə olunur. Heç bir təminat yoxdur ki, Rusiyada bu ölkə məxfi xidmətləri tərəfindən əməkdaşlığa cəlb olunan azərbaycanlılardan Azərbaycana qarşı istifadə edilməyəcək. Yoxsulluq, işsizlik və hüquqsuzluq da milli təhlükəsizlik problemidir”, - o qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo