Foto: sosial media
"Meydan TV işi" üzrə həbsdə olan jurnalist Ülviyyə Əlinin (Quliyeva) vəkili ilə görüşə buraxılmadığı bildirilir.
Bu barədə ictimai fəal Cavid Ağa "Facebook" səhifəsində xəbər verib.
Onun sözlərinə görə, noyabrın 3-də təcridxana işçiləri vəkili ilə görüşə girmək istəyən Ü.Əlinin üstünü yoxlamağa çalışıblar, jurnalist isə bunun qanunsuz olduğunu bildirib.
Təcridxana işçiləri isə bu halda onun vəkillə görüşünə icazə verməyiblər.
"Əvvəl heç olmasa tək əlaqəmiz gedib-gələn məktublar idi, artıq buna da icazə vermirlər", - C.Ağa yazıb.
Mayın 7-də “Meydan TV işi” üzrə həbs olunan Ülviyyə Əli jurnalist kimi “Amerikanın Səsi” ilə əməkdaşlıq edib.
Bu media qurumu ilə əməkdaşlığını bitirəndən sonra da o, öz sosial media hesablarında siyasi motivli məhkəmələrdən reportajlar yayımlamağa davam edib.
2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva və Natiq Cavadlı saxlanılıblar.
Sonradan “Arqument.az” saytının baş redaktoru, "Meydan TV" ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib.
Onlar, əsasən, qaçaqmalçılıqda ittiham olunurlar. Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Foto: açıq mənbə
“DTX-nin istintaq şöbəsinin rəhbəri ‘etirafedici’ ifadə müqabilində qısamüddətli həbs təklif etmişdi”
Paşinyan: "Erməni soyqırımı ermənilərin beynəlxalq intriqalara cəlb olunmasının nəticəsi idi"
Azərbaycan iqtisadi inkişafda Gürcüstan və Ermənistanın gerisinə düşüb
Azərbaycan XİN sözçüsü Mamdaniyə: "İctimai fiqurlar məsuliyyətli davranmalıdır"
Ramil Babayev yazır: “Bakı İstintaq Təcridxanasında zorakılıq ayıdır”