Foto: Reuters
Ötən il Nobel Sülh Mükafatına layiq görülmüş venesuelalı müxalif siyasətçi Mariya Korina Maçado mükafatı ABŞ prezidenti Donald Trampa vermək istədiyini deyib.
O, bunu yanvarın 5-də ABŞ-nin "Fox News" telekanalına müsahibəsində səsləndirib.
Maçado yanvarın 3-də Venesuela prezidenti Nikolas Maduronun amerikalı hərbçilər tərəfindən tutularaq ABŞ-yə gətirilməsini alqışlayıb, bunu "insanlıq naminə böyük addım" adlandırıb.
O əlavə edib ki, buna görə mükafatını Trampa vermək və şəxsən təşəkkür etmək istəyir.
Maçadonun sözlərinə görə, o, Trampla sonuncu dəfə telefonla oktyabrın 10-da - Nobel Sülh Mükafatını qazandığı gün danışıb.
Maçado 2023-cü ildə Venesuelada müxalif qüvvələrin prezidentliyə namizədi seçmək üçün keçirdiyi seçkidə səslərin 93%-ini qazanıb. Lakin 2024-cü ildə keçirilən seçkilərdə Maduroya qarşı iştirakına icazə verilməyib.
O, bir ildən çoxdur ki, mühacirətdə, ictimaiyyətdən gizli şəraitdə yaşayır.
Tramp Maduronun devrilməsindən sonra keçirdiyi brifinqdə ABŞ-nin Venesuelanı idarə edəcəyini demişdi. Maçado ilə bağlı suala cavabında isə onun ölkə daxilində dəstəyinin olmadığını bildirmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Akif Qurbanov: "Hakimiyyətin propaqanda maşınının təqdim etdiyi sübutu təkcə mənim 2 sənədim darmadağın edir"
Foto: VOA
Foto: açıq mənbə