Məhkəmə

Afiəddin Məmmədov: “Cəzaçəkmə müəssisəsində siçanlar ərzaq qutularını deşir”

30 May, 2025
235

Foto: VOA

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan sədri Afiəddin Məmmədov saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsindəki şəraitdən şikayət edir. 

“İşçi Masası”ndan Toplum TV-yə bildirilib ki, Məmmədov müəssisədə “dözülməz, antisanitar” şəraitdə saxlanılır. 

“Mətbəxdə siçanlar sərbəst şəkildə gəzir, ərzaq qutularını deşir və yeməkləri yeyirlər. Yatmaq üçün ayrılmış yerlərdə də siçanlar dolaşır”, - açıqlamada deyilir. 

“İşçi Masası”, həmçinin, Məmmədova istinadən bildirir ki, müəssisədə normadan artıq sayda məhbus saxlanılır. 

“250-dən çox məhbus üçün cəmi 4 sanitar qovşaq fəaliyyət göstərir. Nəticədə məhbuslar saatlarla növbədə gözləməyə məcbur olurlar”, - deyə qeyd olunub. 

Təşkilat həbsdə olan sədrlərinin səhhətində nasazlıq olduğunu, lakin müəssisədə lazımi tibbi şəraitin olmadığını bildirir. 

“Məhbuslar dərmanlarla təmin edilmir. Bəzi günlərdə müəssisədə, ümumiyyətlə, həkim olmur. Əməliyyata ehtiyacı olan şəxslərin şikayətlərinə baxılmır. Afiəddinin iki gündür qızdırması düşmür, üşüyür, boğazı şişib. Dünən həkim olmayıb, bu gün [29 may - red] isə aidiyyatı olmayan dərman verilib”, - deyə vurğulanıb. 

“İşçi Masası” Penitensiar Xidmətin rəhbərliyindən Məmmədovun səhhətində olan problemlərlə və müəssisədəki saxlanma şəraiti ilə bağlı məsələləri həll etməyi tələb edib. 

Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-dən həbsdədir. 

Ona Cinayət Məcəlləsinin xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə və silah qismində əşyadan istifadə etməklə xuliqanlıq maddələrilə ittiham verilib. 

Məmmədov ilk dəfə 2023-cü ildə kuryerlərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasıyla əlaqədar keçirilən etiraz aksiyası zamanı saxlanılmış, 30 sutka inzibati həbs cəzası almışdı. 

Bir neçə gün sonra “İşçi Masa”sının digər üzvləri Elvin Mustafayev və Ayxan İsrafilov narkotik ittihamı ilə həbs edilmişdilər.

A.Məmmədov bu il yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Məhkəmə Aytac Tapdığın nikaha girmə tələbini rədd edib

23 İyun 2025

Foto: VOA

İyunun 23-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan “Meydan TV” jurnalisti Aytac Əhmədovanın (Tapdıq) nikaha girmək tələbilə verdiyi vəsatətə baxılıb.  Ailə üzvlərinin verdiyi məlumata görə, A.Tapdıq çıxış etdiyi vaxt məhkəmə zalından zorakılıqla çıxarılıb.  Onun nikaha girmək istədiyi şəxs, heyvan hüquqları fəalı Kamran Məmmədli də zaldan çıxarılıb və məhkəmə vəsatəti təmin etməyib.  “Aytacın məhkəmə zalında Kamran Məmmədli ilə yan-yana gəlməsinə, danışmasına süni, zorakı maneələr yaradıblar. Bir daha vurğulayırıq ki, nikaha daxil olmaq hər kəsin ən sadə hüquqlarından biridir və heç bir əsas olmadan bu nikaha müdaxilə etmək Aytaca qarşı psixoloji şiddətdir. Aytac qanunsuz yerə 199 gün həbsdə olması az deyilmiş kimi ən...
Məhkəmə

“Toplum TV işi”: “Biz valyutanı ölkəyə dronla keçirmişik, Kür çayı ilə üzərək keçirmişik, yoxsa necə keçirmişik?”

23 İyun 2025

Foto: Toplum TV

“İttiham aktında yazılır ki, İlkin Əmrahov Akif Qurbanovla 2014-cü ildə tanış olub. Həmin il İlkin Əmrahov 5-ci sinifdə oxuyurdu”  “Toplum TV işi” üzrə keçirilən məhkəmə prosesində ittiham aktının oxunması yekunlaşıb.  İyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktının Toplum TV əməkdaşları Elmir Abbasov və Fərid İsmayılov və Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı İlkin Əmrahova aid olan hissəsi elan edilib. Təqsirləndirilən şəxslər ittihamları qəbul etməyiblər.  III Respublika Platformasının üzvü Ruslan İzzətli vəsatət qaldıraraq İctimai Televiziyanın məhkəmə prosesini yayımlamasını tələb edib.  “Azərbaycanın beynəlxalq hüquq normaları üzrə üzərinə götürdüyü öhdəliklər var. Bu öhdəliklərdən biri əsasında İctimai televiziya...

Seçilmiş Videolar

slide 3 of 6

Davamlı Mövzular

slide 7 to 10 of 8
Toplum TV loqo