Məhkəmə

Məhkəmə Aytac Tapdığın nikaha girmə tələbini rədd edib

23 İyun, 2025
772

Foto: VOA

İyunun 23-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan “Meydan TV” jurnalisti Aytac Əhmədovanın (Tapdıq) nikaha girmək tələbilə verdiyi vəsatətə baxılıb. 

Ailə üzvlərinin verdiyi məlumata görə, A.Tapdıq çıxış etdiyi vaxt məhkəmə zalından zorakılıqla çıxarılıb. 

Onun nikaha girmək istədiyi şəxs, heyvan hüquqları fəalı Kamran Məmmədli də zaldan çıxarılıb və məhkəmə vəsatəti təmin etməyib. 

“Aytacın məhkəmə zalında Kamran Məmmədli ilə yan-yana gəlməsinə, danışmasına süni, zorakı maneələr yaradıblar. Bir daha vurğulayırıq ki, nikaha daxil olmaq hər kəsin ən sadə hüquqlarından biridir və heç bir əsas olmadan bu nikaha müdaxilə etmək Aytaca qarşı psixoloji şiddətdir. Aytac qanunsuz yerə 199 gün həbsdə olması az deyilmiş kimi ən sadə hüquqlarından məhrum edilir. Kamran Məmmədli ilə görüşməsinə, evlənməsinə qadağalar qoyulur. Bacımı daha nə qədər psixoloji şiddətə məruz qoyacaqsınız? Həbsdə olmağı az deyilmiş kimi, məhkəmə işçilərinin də zorbalığına məruz qalmasına son verilməsini tələb edirik”, - yaxınları bildirib.

2024-cü il dekabrın 6-da “Meydan TV”-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Cəbrayılzadə (Deko), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə ittiham irəli sürülüb. 

“Meydan TV” əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onun “Meydan TV”-yə aidiyyəti yoxdur.

Daha sonra müxtəlif vaxtlarda jurnalistlər Şəmşad Ağa, Fatimə Mövlamlı, Nurlan Qəhrəmanlı (Libre) və Ülviyyə Quliyeva (Əli) də eyni cinayət işinə görə saxlanılıb. 

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo