Məhkəmə

Ali Məhkəmə: "Media təqsirsizlik prezumpsiyasına fikir verməlidir"

3 Mart, 2026
216

Foto: supremecourt.gov.az

Ali Məhkəmə təqsirsizlik prezumpsiyası hüququ pozulmuş şəxslərin mənəvi zərərə görə təzminat tələb edə biləcəyi barədə qərar verib. 

"Azərtac"ın xəbərinə görə, bu barədə məhkəmənin "Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında Plenum Qərarında qeyd olunub. 

Ali Məhkəmə bildirib ki, təqsirsizlik prezumpsiyası şəxsin barəsində məhkəmə hökmü olmadan onun təqsirli olduğuna dair ifadələrin işlədilməsi və ya məlumatların yayılmasını qadağan edir. Bu, o deməkdir ki, yalnız şəxsin məhkum edilməsi barədə məhkəmə hökmü varsa, şəxs cinayət əməlini törətməkdə təqsirli bilinir. 

"Bu baxımdan, xüsusən mediada yazılar dərc ediləndə bu məsələyə diqqət yetirilməli, şəxsin təqsirliliyinə dair qanuni qüvvəsini almış hökm olmadan onun tərəfindən hər hansı cinayətin törədilməsi ilə bağlı təsdiqedici ifadələrdən çəkinilməlidir", - qərarda göstərilir. 

Azərbaycanda, xüsusilə də, jurnalistlər, vətəndaş cəmiyyəti üzvləri və siyasətçilərin ittiham olunduğu işlərin hökumətyönlü mediada işıqlandırılması zamanı təqsirsizlik prezumpsiyasının pozulması bir qayda halını alıb. 

"Toplum TV işi" üzrə həbs olunanlar da daxil olmaqla 2023-cü ilin noyabrından bəri həbs olunmuş müstəqil jurnalistlər və vətəndaş cəmiyyəti üzvləri dəfələrlə hökumətyönlü mediada "qaçaqmalçı" və "ABŞ casusları" adlandırıblar. 

"Abzas Media işi" üzrə həbsdə olan jurnalist Hafiz Babalı müxtəlif vaxtlarda barəsində məqalələr yayımlamış media qurumlarını məhkəməyə verib. Lakin məhkəmələr onun iddiasını təmin etməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Həyat yoldaşı: “Ələsgər Məmmədli təcridxanada növbəti dəfə ürək tutması keçirib”

9 Avqust 2026

sosial media

“Toplum TV”-nin həmtəsisçisi, 14 il azadlıqdan məhrum edilən Ələsgər Məmmədlinin səhhətində yenidən ciddi problemlərin yarandığı bildirilir. Bu barədə onun həyat yoldaşı Günay Məmmədli avqustun 9-da məlumat yayıb. Onun sözlərinə görə, Ələsgər Məmmədli avqustun 8-dən 9-na keçən gecə Bakı İstintaq Təcridxanasında növbəti dəfə ürək tutması keçirib və uzun müddət ağrılar içində yataqda qalıb. “Ələsgər Məmmədlinin ürək döyüntüləri dəqiqədə 120-dən yuxarı olub. O, həmçinin isti hava şəraitində qalxanabənzər vəzindəki 23×25 millimetrlik törəmənin yaratdığı boğulma halları da yaşayır”, - deyə Günay Məmmədli bildirib. Onun sözlərinə görə, həftə sonu olduğu üçün təcridxanada Məmmədliyə həkim yardımı göstərilməyib. “Yetər artıq bu işgəncə. Nəyin qisasını alırsınız?” -deyə...
Məhkəmə

Yaxınları: "Əli Kərimli məhkəməyə aparılarkən huşunu itirib"

8 Avqust 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin məhkəmə iclaslarından birinə aparılarkən huşunu itirdiyi bildirilir.  Bu barədə avqustun 7-də Belarusun "Xartiya 97" xəbər saytı siyasətçinin yaxınlarına istinadən məlumat verib. Məlumata görə, Ə.Kərimli iyun ayında Bakı Apellyasiya Məhkəməsində baş tutan prosesə aparılarkən Penitensiar Xidmətin əməkdaşlarından su istəyib. Yaxınları deyir ki, qızmar hava şəraitində su ilə təmin olunmayan siyasətçi avtomobildə huşunu itirib.  "Bu cür dəhşətli istidə mənə su da vermirlər. Məni öldürürlər", - Ə.Kərimli prosesdə bildirib.  Ə.Kərimlinin saxlanma şəraitinin pisləşməsi ilə bağlı məlumatlar vaxtaşırı hüquq müdafiəçiləri tərəfindən ictimailəşdirilir.  Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsinin avqustun 1-də yaydığı məlumata görə, partiya sədri...

Seçilmiş Videolar

Toplum TV loqo