Məhkəmə

Həyat yoldaşı: “Ələsgər Məmmədli təcridxanada növbəti dəfə ürək tutması keçirib”

9 Avqust, 2026
35

sosial media

“Toplum TV”-nin həmtəsisçisi, 14 il azadlıqdan məhrum edilən Ələsgər Məmmədlinin səhhətində yenidən ciddi problemlərin yarandığı bildirilir.

Bu barədə onun həyat yoldaşı Günay Məmmədli avqustun 9-da məlumat yayıb.

Onun sözlərinə görə, Ələsgər Məmmədli avqustun 8-dən 9-na keçən gecə Bakı İstintaq Təcridxanasında növbəti dəfə ürək tutması keçirib və uzun müddət ağrılar içində yataqda qalıb.

“Ələsgər Məmmədlinin ürək döyüntüləri dəqiqədə 120-dən yuxarı olub. O, həmçinin isti hava şəraitində qalxanabənzər vəzindəki 23×25 millimetrlik törəmənin yaratdığı boğulma halları da yaşayır”, - deyə Günay Məmmədli bildirib.

Onun sözlərinə görə, həftə sonu olduğu üçün təcridxanada Məmmədliyə həkim yardımı göstərilməyib.

“Yetər artıq bu işgəncə. Nəyin qisasını alırsınız?” -deyə həyat yoldaşı paylaşımında yazıb.

Penitensiar Xidmət hələlik Ələsgər Məmmədlinin səhhəti və ona tibbi yardım göstərilib-göstərilməməsi ilə bağlı açıqlama verməyib.

Günay Məmmədli bundan əvvəl də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proseslər zamanı Ələsgər Məmmədlinin ürək sancılarından əziyyət çəkdiyini bildirmişdi.

“Hər məhkəmə prosesində ‘Korvalol’, təzyiq dərmanları içir və bunu hakimlər də daxil olmaqla hamı görür. 65 məhkəmə prosesinin bəlkə də 60-da səhhəti ilə bağlı vəsatətlər verilsə də, hakim hər dəfə əsaslı həkim sənədi tələb edir. Hansı həkim qorxusundan o sənədi verə bilər? Sadəcə şifahi olaraq hər dəfə əməliyyat olunmalı olduğunu deyirlər”, - deyə o qeyd etmişdi.

Ələsgər Məmmədli 2024-cü il martın 8-də Bakıda klinikalardan birindən çıxarkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

Ailəsi və vəkilləri mütəmadi olaraq onun səhhətindəki problemlərlə bağlı narahatlıqlarını dilə gətirirlər. Vəkili bu səbəbdən onun ev dustaqlığına buraxılması üçün dəfələrlə vəsatət qaldırsa da, indiyədək heç biri təmin edilməyib.

İyulun 27-də “Toplum TV işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, hər biri 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov 15, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, “Toplum TV” əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum ediliblər. Elmir Abbasov məhkəmə zalında həbs olunub.

Bundan başqa, təqsirləndirilən şəxslərlə bağlı qaldırılmış mülki iddia təmin edilib. Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edərək üzərinə həbs qoyulmuş avtomobillərin və evlərin müsadirəsinə qərar verib.

“Toplum TV işi” üzrə təqsirləndirilən şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham olunsalar da, sonradan onlara qarşı ittihamlar ağırlaşdırılıb. İş üzrə həbs olunanların hamısı ittihamları rədd edir, fəaliyyətlərinə görə siyasi sifariş əsasında həbs edildiklərini bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Yaxınları: "Əli Kərimli məhkəməyə aparılarkən huşunu itirib"

8 Avqust 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin məhkəmə iclaslarından birinə aparılarkən huşunu itirdiyi bildirilir.  Bu barədə avqustun 7-də Belarusun "Xartiya 97" xəbər saytı siyasətçinin yaxınlarına istinadən məlumat verib. Məlumata görə, Ə.Kərimli iyun ayında Bakı Apellyasiya Məhkəməsində baş tutan prosesə aparılarkən Penitensiar Xidmətin əməkdaşlarından su istəyib. Yaxınları deyir ki, qızmar hava şəraitində su ilə təmin olunmayan siyasətçi avtomobildə huşunu itirib.  "Bu cür dəhşətli istidə mənə su da vermirlər. Məni öldürürlər", - Ə.Kərimli prosesdə bildirib.  Ə.Kərimlinin saxlanma şəraitinin pisləşməsi ilə bağlı məlumatlar vaxtaşırı hüquq müdafiəçiləri tərəfindən ictimailəşdirilir.  Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsinin avqustun 1-də yaydığı məlumata görə, partiya sədri...
Məhkəmə

“Meydan TV işi”: 'Azərbaycanda fikir və söz azadlığı Əliyev iqtidarının təcavüzü altındadır'

8 Avqust 2026

Meydan TV

Avqustun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub. “Meydan TV”-nin xəbərinə görə, bu dəfəki iclasda iş üzrə həbsdə olan jurnalistlərdən daha 3 nəfər - Aytac Tapdıq (Əhmədova), Aysel Umudova və Nurlan Libre (Qəhrəmanlı) ifadə verib. Bildirilir ki, təqsirləndirilən 12 jurnalistdən bir qismi məhkəmə zalındakı şüşə kabinədə saxlanılır, bəzilərinə isə vəkillərinin yanında əyləşməyə icazə verilib. Kabinənin şüşə arakəsmələrindən içəridə danışılanları eşitmək mümkün olsa da, həmin hissədə Penitensiar Xidmətin qadın və kişi əməkdaşlarından ibarət konvoy yerləşdirilib. Jurnalistlərin sözlərinə görə, konvoy əməkdaşları onların qarşısını kəsib və bu, etirazlara səbəb olub. “Elə bil ki, burada terrorçular mühakimə...

Seçilmiş Videolar

Toplum TV loqo