Foto: Fərqanə Novruzova
Mayın 20-də Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqubluya verilən hökmdən şikayətə baxılıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.
Yaqublunun qızı Nigar Həzi “Facebook” səhifəsində qeyd edib ki, siyasətçi məhkəmədə 3 saat çıxış edib. O, üzləşdiyi ittihamların və cinayət işinin saxta olması ilə bağlı bir sıra faktlar sadalayıb.
“Hətta uzunqulağın belə dana bilməyəcəyi faktları, sübutları danırsınızsa, daha mənim sizə sözüm yoxdur. Əyninizə mantiya geyinib gəlməklə hakim olunmur. Mənə deyin görüm, mən daha necə sübut etməliyəm ki, bu cinayət işi saxtadır, mən şərlənmişəm? Bunu sübut etməyin başqa yolu varsa, deyin”, - Yaqublu deyib.
“Ermənilərin məhkəmələrində ədalətli hakim olmaq olar. Cəsarətiniz çatırsa, T.Yaqublunun məhkəməsində ədalətli hakim olun!”, - o əlavə edib.
Dövlət ittihamçısı qismində çıxış edən Murad Vəliyev Yaqublunun cinayət törətdiyinin sübuta yetirildiyini iddia edib və məhkəmədən vəsatəti təmin etməməsini istəyib.
Hakim Zamin İbrahimov hökmü qüvvədə saxlayıb.
N.Həzi məhkəməni “hüquq adına tam rəzalət və rüsvayçılıq” adlandırıb. “Ölkənin nə qədər ləyaqətsiz, şərəfsiz hüquq işçisi varsa, sanki hamısı Tofiq Yaqublunun üzünə durmaqla mükəlləfdirlər”, - o yazıb.
Məhkəmədə iştirak edən və aclıq aksiyası dövründə Yaqublunu müayinə etmiş həkim Adil Qeybulla “Facebook” səhifəsində yazıb ki, aclıq siyasətçinin səhhətində “ciddi izlər buraxıb”.
“Somatik (cismani) funksiyaların sarsılması ilə yanaşı, məhkəmə iclasının gedişi zamanı T.Yaqublunun psixoloji durumuna da yetərincə təsir edən davranış nümunələri göstərir ki, aclığın bərpası hələ xeyli zaman aparacaq. Koqnitiv funksiyaların emosional qıcıq və aqressivlik epizodları ilə növbələşən pozulma halları, davranışa nəzarətin mütəmadi itməsi göstərir ki, T.Yaqublunun səhhətindəki problemlər hələ sovuşmayıb, əksinə sonrakı dövrdə geridönməz psixi pozuntulara da rəvac verə bilər”, - həkim qeyd edib.
“Onun bugünkü emosinallığı müxtəlif şəxslər tərəfindən müxtəlif yönümdə yozula bilər, lakin durumun səbəbi tam aydın olduğundan bir həkim kimi məni narahat edir”, - o əlavə edib.
Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.
Özü ittihamları qurama sayır.
Siyasətçi həbsinə etiraz olaraq aprelin 1-dən aclıq aksiyasına başlamışdı.
Səhhəti kəskin pisləşən Yaqublu qızı Nigar Həzinin xahişi ilə mayın 10-da aksiyanı sonlandırıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Müdafiə Nazirliyi
“Abzas Media işi”ndə şahidlər dindirilib
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub