Məhkəmə

Azər Qasımlı 12 il azadlıqdan məhrum edilib 

11 Mart, 2026
367

Foto: sosial media

Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrlik etdiyi prosesdə politoloqa 12 il həbs cəzası verilib. 

Əvvəlki proseslərdən birində dövlət ittihamçısı A.Qasımlının 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Prosesdə son söz deyən A.Qasımlı ona dəstək olan hər kəsə təşəkkür edib və heç bir cinayət əməli törətmədiyini bildirib. 

"Bu işdə mən yeganə zərərçəkmiş tərəfəm. Həm azadlığımı, həm əmlakımı əlimdən alıblar. Hər kəs bilir və anlayır ki, mənim həbsim siyasi sifariş əsasında həyata keçirilib", - o qeyd edib. 

A.Qasımlı Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) ilə təqsirli bilinib. 

O, ittihamı rədd edir və hakimiyyətin sifarişi ilə həbs olunduğunu bildirirdi. 

Cinayət işində iddia olunur ki, A.Qasımlı ona borcu olan Qurbanəli Yusifov adlı şəxsdən borcunu almaq üçün onu oğlunu qaçırmaq və atasını öldürməklə hədələyib. 

Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı daha əvvəl “Toplum TV”-yə bildirib ki, Q.Yusifovun siyasətçiyə borcu olub, lakin borcun qaytarılması üçün ona hədə-qorxu gəlinməyib.

“2020-ci ilin mayında Yusifov Azər Qasımlının istəyilə onun adına kriptovalyuta saytında hesab açıb və onu idarə edib. Həmin ilin may və avqust aylarında A.Qasımlı ona ümumilikdə 20,000 ABŞ dolları verərək iki ‘bitcoin’ almasını istəyib. Biz sonradan aşkar etdik ki, o, ‘bitcoin’lərin birini alıb, digərini isə almayıb. Sonradan isə bizə hələ də qaranlıq qalan səbəblərdən A.Qasımlının hesabındakı bir ‘bitcoin’ də yoxa çıxdı”, - o bildirib.

S.Qasımlının sözlərinə görə, 2022-ci ilin yanvarında Q.Yusifov və həyat yoldaşı borcun aylıq hissələrlə qaytarılması barədə razılığa gəliblər və Q.Yusifov bununla bağlı qəbz də imzalayıb.

Lakin sonradan Q.Yusifov ölkəni tərk edib və A.Qasımlı ilə əlaqəni kəsib. Bundan sonra siyasətçi məhkəməyə müraciət edib və 2024-cü ilin aprelində Mingəçevir Şəhər Məhkəməsi A.Qasımlının xeyrinə qərar çıxarıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Abgül Süleymanov 30 sutka həbs edilib

24 Sentyabr 2026

VOA

İlahiyyatçı Abgül Süleymanov inzibati qaydada 30 sutka həbs edilib. Bu barədə “Toplum TV”yə  jurnalist Arzu Abdulla məlumat verib. Onun sözlərinə görə, Süleymanov sentyabrın 23-də saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə - polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda ittiham olunub. İlahiyyatçının yaxınları da məlumatı “Meydan TV”yə təsdiqləyiblər. “Bu gün səhər Abgül zəng etdi. Dedi ki, dünən Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Bu gün də Binəqədiyə aparılıb. İndi vəkil onunla görüşəcək. Maşınının açarı və telefonu əlindən alınıb”, - həyat yoldaşı bildirib. Yaxınları ilahiyyatçının saxlanmasını onun “Facebook”da hicabla bağlı paylaşımı ilə əlaqələndirirlər. Süleymanov həmin paylaşımda yazıb: “Əgər cürət edib məktəbli...
Məhkəmə

“Toplum TV işi” üzrə apellyasiya prosesi başlayır

18 Sentyabr 2026

Toplum TV

“Toplum TV işi” üzrə 12 ildən 15 ilədək həbs cəzasına məhkum olunan 9 nəfərin apellyasiya şikayətlərinə baxılacaq. Bakı Apellyasiya Məhkəməsində baş tutacaq ilk iclas sentyabrın 21-nə təyin edilib. “Toplum TV işi“ üzrə təqsirləndirilən şəxslərə İyulun 27-də Bakı Ağır Cinayətlər məhkəməsində hökm oxunub. Hökmə əsasən, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov 15, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, “Toplum TV” əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. E. Abbasov məhkəmə zalında həbs olunub. Məhkum...

Seçilmiş Videolar

Toplum TV loqo