Siyasət

CPJ: “Azərbaycan hakimiyyəti xarici maliyyələşmə qanunlarından müstəqil medianı məhv etmək üçün istifadə edir”

18 noyabr, 2026
63

sosial media

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Meclis.info”nun rəhbəri İmran Əliyev və ictimai fəal Elgiz Qəhrəmana verilən həbs cəzalarını pisləyib.
Təşkilatın noyabrın 13-də yaydığı bəyanatda Azərbaycan hakimiyyəti xarici maliyyə ilə bağlı ittihamlardan müstəqil medianı susdurmaq üçün istifadə etməkdə ittiham olunub.
 
CPJ bildirib ki, “Meclis.info” parlament deputatlarının fəaliyyəti barədə analitik materiallar və videolar yayımlayıb.
CPJ-nin Avropa və Mərkəzi Asiya proqramı üzrə direktoru Fiona Obrayn bildirib ki, bu hökmlərdən sonra Azərbaycanda həbsdə olan jurnalistlərin sayı azı 26-ya çatıb.
“Hakimiyyət bir daha xarici maliyyələşmə haqqında qanunlardan müstəqil medianı məhv etmək üçün qəddarcasına sui-istifadə edir. Azərbaycan jurnalistləri sadəcə öz işlərini gördüklərinə görə ağır cinayətkarlar kimi rəftar etməməlidir. Beynəlxalq tərəfdaşlar Azərbaycan hökumətini məsuliyyətə cəlb etməlidirlər”, - Obrayn deyib.

CPJ qeyd edib ki, “Meclis.info” xarici donorların vəsaitini qanunsuz əldə etmək ittihamı ilə hədəfə alınan dörd aparıcı müstəqil media qurumundan biridir.

“Bu ilin iyulunda “Toplum TV” ilə əlaqəli doqquz nəfər oxşar ittihamlarla həbs cəzası alıb, “Abzas Media”nın altı jurnalisti və media işçisi isə 2025-ci ildə azadlıqdan məhrum edilib. “Meydan TV” ilə əlaqəli 12 jurnalist və media işçisi də maliyyə cinayətləri ittihamı ilə hazırda istintaq təcridxanasındadır”, - CPJ bildirib.

İmran Əliyev 2024-cü il aprelin 18-də Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. Ona əvvəlcə Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə qaçaqmalçılıq ittihamı verilib, daha sonra ittihamları ağırlaşdırılıb.

Elgiz Qəhrəman və Tamella Musayeva eyni iş üzrə 2025-ci ilin fevralında cinayət məsuliyyətinə cəlb olunublar. Onların barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
İmran Əliyevə 10, digər ictimai fəal Elgiz Qəhrəmana isə 9 il həbs cəzası kəsilib. İstintaq və məhkəmə prosesi getdiyi dövrdə azadlıqda olan E.Qəhrəman hökm oxunandan dərhal sonra məhkəmə zalında həbs edilib.
Tamella Musayevaya isə 8 il şərti cəza verilib.

Onlar cinayət yoluyla əldə olunmuş vəsaitin leqallaşdırılması, qaçaqmalçılıq və s. əməllərdə təqsirli bilinib.
Hökmdən öncə son sözünü deyən İmran Əliyev də, Elgiz Qəhrəman da bu ittihamların əsassız olduğunu vurğulayıb və bəraət istəyiblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Araşdırma: "Deutsche Bank"dan sızan sənədlərdə Azərbaycanın "çirkli pul yuma şəbəkəsi"nin adı keçir

18 noyabr 2026

Toplum TV

ABŞ prezidenti Donald Trampın sahibi olduğu şirkətlərlə Azərbaycanın "çirkli pul yuma şəbəkəsi"nin əlaqələri olduğu bildirilir.   Bu barədə noyabrın 17-də dərc olunan, müxtəlif ölkələrdən olan 200-dən çox jurnalistin ərsəyə gətirdiyi araşdırmada qeyd olunub.  Araşdırma Almaniyanın ən böyük bankı olan "Deutsche Bank"dan sızdırılan sənədlər əsasında hazırlanıb. Bankın iki işçisi 15 milyondan çox məxfi sənədi jurnalistlərə sızdırıb.  Sənədlərdən aydın olur ki, hələ 2014-cü ildə bank Trampın Azərbaycanda qeydiyyatda olan "DT Marks Baku" şirkətinə şübhəli köçürmələr barədə ABŞ hüquq-mühafizə orqanlarını xəbərdar edib. Buna nümunə kimi həmin vaxt şirkətə Danimarkanın "Danske Bank"ının Estoniya filialının adı çəkilməyən müştərisindən edilən köçürmələr göstərilib. Sonradan məhz bu filialın...
Siyasət

MBH üzvü Samir Babayevə 5 il yarım həbs cəzası verilib

18 noyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Samir Babayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə hüquq müdafiəçisi Zəfər Əhmədov sosial media hesabında məlumat yayıb.  Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci - satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və ya daşıma ittihamı irəli sürülüb.  Samir Babayev 2026-cı il martın 6-da saxlanılıb. Babayev saxlanıldıqdan sonra polis idarələrində işgəncəyə məruz qaldığını bildirib. Onun yaxınlarının sözlərinə görə, fəal saxlanılarkən mülki geyimli şəxslər tərəfindən aparılıb və ailəsi iki gün onun harada olduğunu bilməyib. Samir Babayev bundan əvvəl də narkotik ittihamı ilə...

Seçilmiş Videolar

Toplum TV loqo