Siyasət

MBH üzvü Samir Babayevə 5 il yarım həbs cəzası verilib

18 noyabr, 2026
41

sosial media

Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Samir Babayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hüquq müdafiəçisi Zəfər Əhmədov sosial media hesabında məlumat yayıb. 

Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci - satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və ya daşıma ittihamı irəli sürülüb. 

Samir Babayev 2026-cı il martın 6-da saxlanılıb.

Babayev saxlanıldıqdan sonra polis idarələrində işgəncəyə məruz qaldığını bildirib. Onun yaxınlarının sözlərinə görə, fəal saxlanılarkən mülki geyimli şəxslər tərəfindən aparılıb və ailəsi iki gün onun harada olduğunu bilməyib.

Samir Babayev bundan əvvəl də narkotik ittihamı ilə həbs edilib. O, 2022-ci il dekabrın 2-də saxlanılıb və Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunub. 2023-cü il oktyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsi onu 4 il müddətinə azadlıqdan məhrum edib. 2024-cü il yanvarın 11-də Bakı Apellyasiya Məhkəməsi cəza müddətini 3 ilə endirib. Babayev 2025-ci ilin dekabrında cəzasını çəkərək azadlığa çıxmışdı.

Hazırda Müsəlman Birliyi Hərəkatınınsədri də daxil olmaqla, bir neçə üzvü həbsdədir. Hərəkatın sədri Taleh Bağırzadə 2015-ci ildə həbs olunub. O, 20 il müddətinə azadlıqdan məhrum edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Araşdırma: "Deutsche Bank"dan sızan sənədlərdə Azərbaycanın "çirkli pul yuma şəbəkəsi"nin adı keçir

18 noyabr 2026

Toplum TV

ABŞ prezidenti Donald Trampın sahibi olduğu şirkətlərlə Azərbaycanın "çirkli pul yuma şəbəkəsi"nin əlaqələri olduğu bildirilir.   Bu barədə noyabrın 17-də dərc olunan, müxtəlif ölkələrdən olan 200-dən çox jurnalistin ərsəyə gətirdiyi araşdırmada qeyd olunub.  Araşdırma Almaniyanın ən böyük bankı olan "Deutsche Bank"dan sızdırılan sənədlər əsasında hazırlanıb. Bankın iki işçisi 15 milyondan çox məxfi sənədi jurnalistlərə sızdırıb.  Sənədlərdən aydın olur ki, hələ 2014-cü ildə bank Trampın Azərbaycanda qeydiyyatda olan "DT Marks Baku" şirkətinə şübhəli köçürmələr barədə ABŞ hüquq-mühafizə orqanlarını xəbərdar edib. Buna nümunə kimi həmin vaxt şirkətə Danimarkanın "Danske Bank"ının Estoniya filialının adı çəkilməyən müştərisindən edilən köçürmələr göstərilib. Sonradan məhz bu filialın...
Siyasət

CPJ: “Azərbaycan hakimiyyəti xarici maliyyələşmə qanunlarından müstəqil medianı məhv etmək üçün istifadə edir”

18 noyabr 2026

sosial media

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Meclis.info”nun rəhbəri İmran Əliyev və ictimai fəal Elgiz Qəhrəmana verilən həbs cəzalarını pisləyib. Təşkilatın noyabrın 13-də yaydığı bəyanatda Azərbaycan hakimiyyəti xarici maliyyə ilə bağlı ittihamlardan müstəqil medianı susdurmaq üçün istifadə etməkdə ittiham olunub.   CPJ bildirib ki, “Meclis.info” parlament deputatlarının fəaliyyəti barədə analitik materiallar və videolar yayımlayıb. CPJ-nin Avropa və Mərkəzi Asiya proqramı üzrə direktoru Fiona Obrayn bildirib ki, bu hökmlərdən sonra Azərbaycanda həbsdə olan jurnalistlərin sayı azı 26-ya çatıb. “Hakimiyyət bir daha xarici maliyyələşmə haqqında qanunlardan müstəqil medianı məhv etmək üçün qəddarcasına sui-istifadə edir. Azərbaycan jurnalistləri sadəcə öz işlərini gördüklərinə görə ağır cinayətkarlar kimi rəftar...

Seçilmiş Videolar

Toplum TV loqo