Məhkəmə

Azər Qasımlı: “Əslində zərərçəkən mənəm”

16 İyul, 2025
103

Foto: VOA

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

APA-nın xəbərinə görə, iyulun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən iştirak etməyib.
    
Azər Qasımlının vəkili Rövşanə Rəhimli vəsatət qaldıraraq müvəkkilinin şüşə arxasından çıxarılaraq onların yanında əyləşməsini xahiş edib. Onun digər vəsatəti müdafiə tərəfinin verdiyi sənədlərin sübutlar siyahısına əlavə olunması ilə bağlı olub.

Məhkəmə vəkilin ilk vəsatətini təmin edib və təqsirləndirilən şəxs vəkillərin yanında əyləşib. 

Digər vəsatət isə baxılmamış saxlanılıb.

Daha sonra prokuror Valeh Ələkbərov ittiham aktını elan edib.

İttiham aktına əsasən, Azər Qasımlı qabaqcan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilir. İttihama görə, o, kriptovalyuta saytında Qurbanəli Yusifovun adına hesab açaraq ora pul yatırıb: “Lakin birjada qiymətlərin düşməsi nəticəsin pulu itirib və Qurbanəli Yusifovdan 45 min dollar pul tələb edib. Həmin pulu verməyəcəyi halda onu öldürmək, övladını qaçırmaqla hədələyib və Q.Yusifovdan 6800 manat pul alıb. Eyni zamanda, ona 10 min dollar dəyərində borc qəbzi imzaladıb” - ittiham aktında deyilib.

Azər Qasımlı özünü təqsirli bilməyərək əslində zərərçəkən olduğunu deyib.

Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı Toplum TV-yə deyib ki, Q.Yusifovun siyasətçiyə borcu olub, lakin ona borcunu qaytarması üçün hədə-qorxu gəlinmıyib.

"2020-ci ilin mayında Yusifov Azər Qasımlının istəyilə onun adına kriptovalyuta saytında hesab açıb və onu idarə edib. Həmin ilin may və avqust aylarında A.Qasımlı ona ümumilikdə 20,000 ABŞ dolları verərək iki "bitcoin" almasını istəyib. Biz sonradan aşkar etdik ki, o, "bitcoin"lərin birini alıb, digərini isə almayıb. Sonradan isə bizə hələ də qaranlıq qalan səbəblərdən A.Qasımlının hesabındakı bir "bitcoin" də yoxa çıxdı", - o qeyd edib. 

S.Qasımlının sözlərinə görə, 2022-ci ilin yanvarında Yusifov və həyat yoldaşı razılığa gəlib ki, aylıq olmaqla hissə-hissə onun borcu qaytarılsın və Yusifov qəbz də imzalayıb. 

Lakin, sonradan Yusifov ölkəni tərk edib və Qasımlı ilə əlaqələrini kəsib. Bunu görən siyasətçi məhkəməyə üz tutub və 2024-cü ilin aprelində Mingəçevir Şəhər Məhkəməsi Qasımlının xeyrinə qərar verib. 

"Bundan sonra Yusifov daxili işlər naziri Vilayət Eyvazovun ünvanına bir məktub yazıb ki, guya A.Qasımlı dövlət əleyhinə siyasətçidir, Yusifovu da dövlət əleyhinə işlər görməyə cəlb etmək istəyir, o razılaşmayanda isə onu təhdid edib. Bu məktubdan sonra DİN iddianın araşdırılmasını Mingəçevir Şəhər Polis İdarəsinə tapşırıb, lakin onlar da sübutların olmadığını görüb işə xitam veriblər", - S.Qasımlı bildirib. 

Onum dediyinə görə, 2024-cü ilin dekabrında Qasımlını həbs etmək tapşırığı alan hüquq-mühafizə orqanları bu işi yenidən açıblar.

Zərərçəkənin prosesdə iştirakının təmin edilməsi məqsədilə proses iyulun 30-na təxirə salınıb.

Azər Qasımlı ötən il dekabrın 8-də Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə maddəsilə şübhəli şəxs qismində saxlanılıb.

Qasımlı həsbinin ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Azər Qasımlı hakimiyyətin tənqidçilərindəndir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Apellyasiya Məhkəməsi Bəşir Süleymanlının şikayətini təmin etməyib

16 İyul 2025

Foto: VOA

Bakı Apellyasiya məhkəməsi Vətəndaş Hüquqları İnstitutunun həbsdə olan rəhbəri Bəşir Süleymanlının şikayətini təmin etməyib. “Gözətçi” səhifəsinin xəbərində bildirilir ki, iyulun 16-da Bakı Apellyasiya Məhkəməsində Süleymanlının həbs qətimkan müddətinin uzadılması ilə bağlı qərardan verilmiş şikayətə baxılıb. Hakim Emin Əliyevin sədrliyi ilə keçirilən iclasda şikayət təmin edilməyib və Süleymanlı həbsdə qalıb. İyulun 9-da Binəqədi Rayon Məhkəməsi Süleymanlının həbs qətimkan tədbiri müddətinin daha 3 ay uzadılmasına qərar verib. QHT-lərlə bağlı cinayət işi üzrə 50-yə yaxın şəxsin istintaqa cəlb olunduğu bildirilir. Bu il martın 14-də “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı və “Seçki Müşahidə Alyansı”nın rəhbəri Məmməd Alpay Məmmədzadə bu iş üzrə həbs olunublar....
Məhkəmə

Məhkəmədə İmran Əliyevin 61 min manat vergi borcu olduğu iddia edilib

16 İyul 2025

Foto: sosial media

İyulun 15-də “Meclis.info” saytının həbsdə olan rəhbəri İmran Əliyev, polis nəzarətinə verilən ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın ittiham olunduqları iş üzrə növbəti məhkəmə prosesi keçirilib. “Abzas Media” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.  Şahidlərdən Murad Rüstəmbəyli İ.Əliyev və E.Qəhrəmanla işgüzar münasibətinin olmadığını, onları yalnız dost kimi tanıdığını deyib. Digər şahid Şəbnəm Babayeva “Meclis.info” saytı üçün müddətli xidməti müqavilə ilə iş gördüyünü və buna görə vergi ödədiyini bildirib. Üçüncü şahid Səma Əhmədova isə yalnız saytın təşkil etdiyi təlimlərə qoşulduğunu qeyd edib. İmran Əliyevin atası Bağır Əliyev isə ifadə...

Seçilmiş Videolar

Toplum TV loqo