Foto: VOA
Bakı Apellyasiya məhkəməsi Vətəndaş Hüquqları İnstitutunun həbsdə olan rəhbəri Bəşir Süleymanlının şikayətini təmin etməyib.
“Gözətçi” səhifəsinin xəbərində bildirilir ki, iyulun 16-da Bakı Apellyasiya Məhkəməsində Süleymanlının həbs qətimkan müddətinin uzadılması ilə bağlı qərardan verilmiş şikayətə baxılıb.
Hakim Emin Əliyevin sədrliyi ilə keçirilən iclasda şikayət təmin edilməyib və Süleymanlı həbsdə qalıb.
İyulun 9-da Binəqədi Rayon Məhkəməsi Süleymanlının həbs qətimkan tədbiri müddətinin daha 3 ay uzadılmasına qərar verib.
QHT-lərlə bağlı cinayət işi üzrə 50-yə yaxın şəxsin istintaqa cəlb olunduğu bildirilir.
Bu il martın 14-də “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı və “Seçki Müşahidə Alyansı”nın rəhbəri Məmməd Alpay Məmmədzadə bu iş üzrə həbs olunublar.
ABŞ-nin German Marşal Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli cinayət məsuliyyətinə cəlb olunub, istintaq müddəti ərzində polis nəzarətinə verilib.
Eyni cinayət işi üzrə “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli isə ölkədə olmadığından onun haqqında qiyabi həbs qərarı çıxarılıb və axtarışa verilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: VOA
Foto: sosial media