Məhkəmə

Məhkəmədə İmran Əliyevin 61 min manat vergi borcu olduğu iddia edilib

16 İyul, 2025
38

Foto: sosial media

İyulun 15-də “Meclis.info” saytının həbsdə olan rəhbəri İmran Əliyev, polis nəzarətinə verilən ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın ittiham olunduqları iş üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Abzas Media” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. 

Şahidlərdən Murad Rüstəmbəyli İ.Əliyev və E.Qəhrəmanla işgüzar münasibətinin olmadığını, onları yalnız dost kimi tanıdığını deyib. Digər şahid Şəbnəm Babayeva “Meclis.info” saytı üçün müddətli xidməti müqavilə ilə iş gördüyünü və buna görə vergi ödədiyini bildirib. Üçüncü şahid Səma Əhmədova isə yalnız saytın təşkil etdiyi təlimlərə qoşulduğunu qeyd edib.

İmran Əliyevin atası Bağır Əliyev isə ifadə verməkdən imtina edib. 

Daha sonra Dövlət Vergi Xidməti 12 saylı Vergilər Baş İdarəsinin nümayəndəsi Qiyas Məmmədov mülki iddiaçı qismində ifadə verib. O, mütəxəssis rəyləri əsasında Əliyevin 61 min manat vergi borcunun təyin edildiyini iddia edib. Məmmədov əlavə edib ki, bu borc digər təqsirləndirilən şəxslərə aid edilmir.

Əliyevin vəkili Rəsul Cəfərov Məmmədovdan bu borcun necə təyin edildiyini və bununla bağlı Dövlət Vergi Xidmətinin rəsmi araşdırma aparıb-aparmadığını soruşub. Məmmədov isə heç bir araşdırma aparılmadığını və yalnız mütəxəssis rəylərinə əsaslandıqlarını bildirib. O, vəkilin başqa suallarına cavab verməyib.

R.Cəfərov qaranlıq qalan suallara cavab verilməsi üçün növbəti prosesdə rəy verən mütəxəssisin məhkəməyə çağırılması üçün vəsatət verib. 

Hakim vəsatəti baxılmamış sayıb.

İlkin olaraq qaçaqmalçılıqda ittiham edilən İmran Əliyev 2024-cü ilin aprelində saxlanılıb.  

Sayt rəhbəri saxlanıldığı zaman polislərin onu döydüyünü, bədəninə elektrik cərəyanı verərək ona zorla sənəd imzalatdıqlarını bildirib.

“Meclis.info” işində digər təqsirləndirilən şəxs fəal Elgiz Qəhrəman isə polis nəzarətinə verilib.

Onlara qarşı ümumilikdə Cinayət Məcəlləsinin 8 maddəsiylə ittiham irəli sürülüb. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

“Meclis.info” parlamentin fəaliyyətini monitorinq edən platformadır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Təcridxana rəhbərliyi jurnalistə: “Ürəyimiz istəmir, sərinkeşi buraxmırıq” 

17 İyul 2025

Foto: sosial media

“Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı Bakı İstintaq Təcridxanası rəhbərliyinin ailəsinin gətirdiyi sərinkeşi buraxmadığını bildirib.  “Abzas Media”nın xəbərinə görə, jurnalist bunu ailə üzvlərinə deyib.  Məlumatda deyilir ki, təcridxana rəisinin müavini Əhəd Abdıyev jurnalistin sərinkeşə niyə icazə verilmədiyi barədə sualına “ürəyimiz belə istəyir” deyə cavab verib.  “Keçən il ürəyimiz istədi, sərinkeşi içəri buraxdıq, bu il isə ürəyimiz belə istəyir, icazə vermirik”, - deyə onun cavab verdiyi bildirilir.  Həmçinin, Abdıyevin Vaqifqızının kamerasına gələrək sərinkeşin içəri buraxılmamasının "prinsip məsələsi” olduğunu deməsi qeyd olunur.    “Dedim ki, nəyin prinsipini edirsiniz? Rəis dustaqla niyə prinsip aparmalıdır?”, - Vaqifqızı sual edib.    Jurnalistin sözlərinə...
Məhkəmə

Avropa Məhkəməsi Taleh Bağırzadənin xeyrinə qərar verib

17 İyul 2025

Foto: açıq mənbə

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə və jurnalist Fikrət Fərəməzoğlunun birgə şikayətinə baxıb.  İyulun 15-də dərc olunan qərarda AİHM ərizəçilərin xeyrinə qərar verib.  Bağırzadə və Fərəməzoğlu şikayətlərində müvafiq olaraq 2015 və 2016-cı illərdə polis tərəfindən saxlanılan zaman, o cümlədən həbs müddətində, işgəncəyə məruz qaldıqlarını bildiriblər. Onlar, həmçinin, işgəncə faktlarının aidiyyatı qurumlar tərəfindən araşdırılmadığını iddia ediblər.  Hökumət tərəfi məhkəməyə cavabında ərizəçilərin iddialarını rədd edib, sadəcə qeyd edib ki, Bağırzadə və digər Müsəlman Birliyi Hərəkatı üzvləri saxlanılan zaman polisə silahla müqavimət göstəriblər və buna görə yaralanıblar.  AİHM pis rəftarla bağlı tutarlı sübutların olmasına baxmayaraq prokurorluq...

Seçilmiş Videolar

Toplum TV loqo