Foto: APA
Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri olan Şahin Şıxlinskinin barəsində cinayət işi açıldığı, oğlunun isə saxlanıldığı bildirilir.
Bu barədə iyulun 16-da APA xəbər yayıb.
Məlumatda deyilir ki, Şıxlinski Rusiya Cinayət Məcəlləsinin 318-ci (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə ittiham olunur.
Onun oğlu Mutvalı Şıxlinskinin isə Rusiya İstintaq Komitəsində dindirildiyi, ondan iyulun 1-də atasının saxlanılması zamanı baş vermiş insidentlə bağlı izahat alındığı bildirilir.
Ş.Şıxlinski daha öncə iyulun 1-də Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, ifadəsi alındıqdan sonra buraxılıb. O saxlanılan zaman olduğu avtomobili idarə edən oğlu M.Şıxlinski isə avtomobillə hüquq-mühafizə orqanı əməkdaşlarından birini vurub.
Digər xəbərdə isə iyunun 27-də Yekaterinburqda saxlanılmış etnik azərbaycanlılar haqqında həbs qətimkan tədbiri müddətinin uzadıldığı bildirilir.
APA-nın xəbərinə görə, 2001, 2010 və 2011-ci illərdə baş vermiş cinayət işləri üzrə təqsirləndirilən Məzahir, Ayaz, Akif, Bakir və Kamal Səfərovlar, Əhliman Gənciyev, Şahid Lalayev və Əziz Abbasov barəsində həbs qətimkan tədbiri 3 ay uzadılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: açıq mənbə
Foto: APA