Məhkəmə

Azər Qasımlı məhkəmədə: "Bu işdə hüquq yox, cəsarət və vicdan rol oynayır" 

26 May, 2026
125

VOA

Mayın 25-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan müxalif siyasətçi Azər Qasımlının işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. 

Hakim Zəfər Əhmədovun sədrliyi ilə baş tutan prosesdə əvvəlcə A.Qasımlı çıxış edib. 

Siyasətçinin tribunadan çıxışına icazə verilsə də, əllərindəki qandal açılmayıb. O isə buna etiraz olaraq şüşə qəfəsə qaytarılmasını istəyib. 

"Bu işdə hüquq yox, iki şey rol oynayır: cəsarət və vicdan. Bakı Ağır Cinayətlər Məhkəməsində işimə baxan hakimlər yaxşı bilirdilər ki, bu işdə nə bir sübut var, nə də şahid. Həmçinin, həqiqətən təqsirli olsaydım belə, hakimlər ittihamı həbs cəzası nəzərdə tutmayan başqa maddələrə tövsif edə bilərdilər. Amma bunların heç birini etmədilər. Bu məhkəmənin qərarı isə bu hakimlərin cəsarət və vicdanının hara qədər olduğunu göstərəcək", - o qeyd edib. 

Daha sonra çıxış edən vəkil Rövşanə Rəhimli məhkəmədən müvəkkilinə bəraət verilməsini xahiş edib. 

Vəkil Aqil Layıc isə çıxışında bildirib ki, "olmayan dəlillərdən danışa bilməz". 

"Əminəm ki, verdikləri hökmlərə görə əvvəlki instansiya məhkəmələrinin hakimlərinin hissləri onları sorğulayır. İndi bu məhkəmə elə qərar çıxarsın ki, sonradan hissləri onları sorğulamasın”, - o deyib. 

Ardınca dövlət ittihamçısı çıxış edib, A.Qasımlı barəsindəki ittihamın Bakı Ağır Cinayətlər Məhkəməsində sübuta yetirildiyini bildirib. Prokuror çıxışında onu da deyib ki, A.Qasımlını hədə-qorxuda ittiham edən Qurbanəli Yusifovun şikayətinə əvvəlcə Mingəçevir Şəhər Polisi baxıb, lakin şahid və sübut olmadığı üçün cinayət işi açılmayıb.

“Bunu tarix üçün deyirəm, prokuror özü də Mingəçevir polisinə istinad edir və deyir ki, sübut və şahid olmadığına görə Mingəçevir polisi bu işi bağlayıb. Bunu sadəcə prokurorun diqqətinə çatdırıram”, - deyə A.Qasımlı prokurorun çıxışına replika verib. 

Müşavirəyə gedən hakimlər A.Qasımlı barədə hökmün qüvvədə saxlanıldığını elan ediblər. 

A.Qasımlı martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) ilə təqsirli bilinib.

Azər Qasımlı ittihamı rədd edir və həbsinin siyasi sifariş olduğunu bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Abgül Süleymanov 30 sutka həbs edilib

24 Sentyabr 2026

VOA

İlahiyyatçı Abgül Süleymanov inzibati qaydada 30 sutka həbs edilib. Bu barədə “Toplum TV”yə  jurnalist Arzu Abdulla məlumat verib. Onun sözlərinə görə, Süleymanov sentyabrın 23-də saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə - polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda ittiham olunub. İlahiyyatçının yaxınları da məlumatı “Meydan TV”yə təsdiqləyiblər. “Bu gün səhər Abgül zəng etdi. Dedi ki, dünən Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Bu gün də Binəqədiyə aparılıb. İndi vəkil onunla görüşəcək. Maşınının açarı və telefonu əlindən alınıb”, - həyat yoldaşı bildirib. Yaxınları ilahiyyatçının saxlanmasını onun “Facebook”da hicabla bağlı paylaşımı ilə əlaqələndirirlər. Süleymanov həmin paylaşımda yazıb: “Əgər cürət edib məktəbli...
Məhkəmə

“Toplum TV işi” üzrə apellyasiya prosesi başlayır

18 Sentyabr 2026

Toplum TV

“Toplum TV işi” üzrə 12 ildən 15 ilədək həbs cəzasına məhkum olunan 9 nəfərin apellyasiya şikayətlərinə baxılacaq. Bakı Apellyasiya Məhkəməsində baş tutacaq ilk iclas sentyabrın 21-nə təyin edilib. “Toplum TV işi“ üzrə təqsirləndirilən şəxslərə İyulun 27-də Bakı Ağır Cinayətlər məhkəməsində hökm oxunub. Hökmə əsasən, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov 15, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, “Toplum TV” əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. E. Abbasov məhkəmə zalında həbs olunub. Məhkum...

Seçilmiş Videolar

Toplum TV loqo