Azərbaycan səfirliyinə hücumda təqsirləndirilən şəxsin edam olunduğu deyilir
açıq mənbədən götürülüb
Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən Yasin Hüseynzadə barəsində çıxarılmış edam qərarının icra olunduğu deyilir.
İran mətbuatı ölkənin ədliyyə sisteminə istinadən yazıb ki, qərar mayın 21-də səhər saatlarında yerinə yetirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib ki, edamın icra olunması prosesini səfirliyin 2 nəfər əməkdaşı və məhkəmə prosesində Azərbaycan tərəfindən təyin edilmiş vəkil müşahidə edib.
“Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olaraq, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin olunması və bu qəbildən əməllərin qarşısının alınması istiqamətində yerləşmə ölkəsi tərəfindən müvafiq tədbirlərin görülməsi hər zaman əhəmiyyət kəsb edi”, - Hacızadə deyib.
Yasin Hüseynzadə 2023-cü ilin yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" markalı avtomat ilə hücum edib.
Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak olduğu, iksinin isə xəsarət aldığı açıqlanıb.
O, səfirlikdə öz həyat yoldaşını axtardığını və onu xilas etmək istədiyini bildirmişdi.
Azərbaycanın rəsmi qurumları isə bu iddianı təsdiqləməmişdilər.
Hadisədən sonra səfirliyin bütün işçiləri Azərbaycana təxliyə edilib.
2024-cü ilin iyul ayında səfirlik yeni ünvanda fəaliyyətini bərpa edib.
Azərbaycan prezidenti İlham Əliyev bu ilin əvvəlində yerli mediaya müsahibəsində silahlı hücumu "təşkil olunmuş terror aktı" adlandırıb, hadisədən iki il keçməsinə baxmayaraq, terroru törədən şəxsə qarşı edam hökmünün icra edilmədiyini deyirdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Müdafiə Nazirliyi
“Abzas Media işi”ndə şahidlər dindirilib
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub