Bakıda 4 işçinin öldüyü hotelin icarədarına 4 il yarım həbs cəzası verilib
Foto: Trend News Agency
Ötən ilin noyabrında Bakının Binəqədi rayonunda bir hotelin 4 işçisinin ölümü ilə bağlı açılan cinayət işi üzrə son məhkəmə prosesi keçirilib.
APA-nın xəbərinə görə, fevralın 27-də Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə iş üzrə təqsirləndirilən şəxs, həmin hotelin icarədarı Ağasif Verdiyevə hökm oxunub.
Hökmə əsasən, A.Verdiyev 4 il yarım müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə təqsirli bilinib.
A.Verdiyevin ittihama münasibəti bəlli deyil.
Ötən il noyabrın 21-də Binəqədi rayonunda yerləşən “Lake Hotel”in işçiləri - 29 yaşlı Cavidan Muradlı, 21 yaşlı Emil Quliyev, 20 yaşlı Eltac Əliyev və 19 yaşlı Əkbər Zeynalov hotel ərazisində pilləkən daşıyan zaman elektrik cərəyanı vurması nəticəsində ölüblər.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi açılıb və A.Verdiyev həbs olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
VOA
Toplum TV
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”