Foto: Toplum TV
III Respublika Platformasının spikeri Akif Qurbanov təcridxanadan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayevin doğum gününü təbrik edib:
Doğum günün mübarək, dəyərli Ramil bəy!
Bu dəmir barmaqlıqlar, qalın divarlar sənin azadlığını əlindən ala bilər, amma inamını, səsini, haqqın tərəzisində ucalan vicdanını yox...
Sən gəncsən – gənc, amma düşüncələrin qocaman bir xalqın yükünü daşıyacaq qədər yetkindir. Bu torpağın əsl neməti, haqsızlığa susmayan, dəyərlərinə sadiq, insan haqlarına bağlı, millətin azad sabahını yazmağa gəlmiş gənclərindənsən.
Səninlə eyni taleyi, eyni məkanı, eyni məhrumiyyətləri paylaşırıq. Amma ən çox bir amalı bölüşürük: Azad, ədalətli və ləyaqətli bir Azərbaycan arzusu!
Sənin hər bir sözündə qətiyyət, hər bir baxışında dirəniş var. Mən səni sadəcə bir məhbus yoldaşı kimi yox, bir dövrün şüurlu və işıqlı gənci kimi görürəm. Bu mübarizənin tarixi yazılacaqsa, orada sənin adın vicdanla, qürurla çəkiləcək.
Bu gün sənə nə hədiyyə edə bilərəm, Ramil? Dəmir barmaqlıqlar arxasından azadlıq vəd edə bilmərəm, amma sarsılmaz həmrəylik, inam, və sənin işıqlı yoluna inamımı verə bilərəm.
Bu gün azad deyilik, bəli. Amma haqlı olduğumuzu bilmək – bizə azadlıqdan daha böyük güc verir.
Doğum günün mübarək, qardaşım. Bütün qaranlıqlara baxmayaraq, bir gün mütləq işıq doğacaq!
Səninlə eyni zindanı bölüşən Akif Qurbanov.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Pezeşkian İsrailin Azərbaycanın səmasının istifadəsinin araşdırılmasını istəyib
Foto: Prezident.az
Foto: AŞPA
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
Qaçaqmalçının yekəsi
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb