Məhkəmə

Ramil Babayev doğum gününü həbsdə qeyd edir

29 İyun, 2025
16

Foto: Sosial media

İyunun 29-u “Toplum TV işi“ üzrə həbs olunmuş, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayevin doğum günüdür.

28 yaşını qeyd edən Ramil Babayev, ötən ilin martın 6-da Toplum TV-yə qarşı keçirilmiş əməliyyat zamanı saxlanılıb.

“Toplum TV işi“ üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. 

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. 

"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında təxminən 30 jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Azərbaycan hakimiyyəti isə heç kimi peşə fəaliyyətinə və ya siyasi fəaliyyətinə görə təqib etmədiyini, ölkədə bütün hüquq və azadlıqların təmin olunduğunu bildirir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Bəhruz Səmədov aclığı dayandırıb

26 İyun 2025

Foto: Sosial media

Həbsdə olan tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov aclığı dayandırıb. Bu barədə ictimai fəal Gülnara Mehdiyeva xəbər yayıb.  O bildirib ki, buna səbəb Səmədovun səhhətində yaranan problemlər və nənəsinin israrı olub.  Mehdiyeva əlavə edib ki, gənc fəalın dərisindəki ekzema xəstəliyi güclənib və dərisi qanamağa başlayıb.  Səmədov iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.  O, iyunun 20-dəki məhkəmə prosesində dövlət ittihamçısının ona 16 il iş istəməsinə etiraz olaraq aclıq aksiyasına başlamışdı.  Səmədov dövlətə xəyanətdə ittiham olunub. Cinayət işində iddia olunur ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.  Fəal isə ittihamı rədd edir...
Məhkəmə

Azər Qasımlı həbsdə qaldı

25 İyun 2025

Foto: Sosial media

İyunun 25-də Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının məhkəmə prosesi baş tutub. "Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə vəkillər Azər Qasımlının ev dustaqlığına buraxılmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib.  Hakim növbəti iclası iyulun 2-nə təyin edib.  Azər Qasımlı ötən il dekabrın 8-də Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə maddəsilə şübhəli şəxs qismində saxlanılıb. Aprelin 3-də onun həbs qətimkan müddəti daha 2 ay uzadılıb.  Özü ittihamı qəbul etmir. Qasımlı saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib. Azər Qasımlı hakimiyyətin tənqidçilərindəndir.

Seçilmiş Videolar

Toplum TV loqo