Məhkəmə

Bəhruz Səmədova 16 il iş istənib

20 İyun, 2025
31

Foto: sosial media

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində gənc tədqiqatçı, sülh fəalı Bəhruz Səmədovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Prosesdə dövlət ittihamçısı Bəhruz Səmədova 16 il cəza verilməsini istəyib.

Növbəti proses iyunun 23-ə təyin edilib.

Ehtimal edilir ki, bu Səmədovun son məhkəməsi prosesi olacaq, o, son sözlə çıxış edəcək. 

Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.

O dövlətə xəyanətdə ittiham edilir, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, milliyyətcə erməni olan qızlara məlumat ötürməkdə təqsirləndirilir.

Bəhruz Səmədov isə ittihamı qəbul etmir, yazılanların yalan olduğunu bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

“Abzas”çılara hökm oxundu 

20 İyun 2025

Foto: Abzas Media

“Abzas Media işi”  üzrə son məhkəmə prosesi baş tutub.  İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda təqsirləndirilən şəxslərə hökm oxunub.  Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.  Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə üzrə ittiham ediliblər. Jurnalistlər ittihamlarl qəbul etməyiblər, korrupsiya araşdırmaları və peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildiriblər.
Məhkəmə

Azər Qasımlının məhkəməsi vəkillərindən xəbərsiz keçirilib 

19 İyun 2025

Foto: VOA

İyunun 18-də Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının məhkəmə prosesi baş tutub.  “Report”un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Xəbərdə bildirilir ki, Qasımlının müqavilə üzrə vəkilləri prosesdə iştirak etmədiyi üçün məhkəmənin hazırlıq iclası iyunun 25-nə təxirə salınıb.  Siyasətçinin həyat yoldaşı Samirə Qasımlı “Facebook” səhifəsində məhkəmə iclasının vəkillərdən xəbərsiz baş tutduğunu bildirib. O qeyd edib ki, iclasdan özü təsadüfən xəbər tutub və vəkillərə çatdırıb.  O əlavə edib ki, həmin gün səhər vəkil Rövşanə Rəhimli Bakı Ağır Cinayətlər Məhkəməsinə zəng vuraraq iclasın hansı vaxta təyin olunacağı ilə maraqlanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo