Məhkəmə

Ələsgər Məmmədli: “Səhhətim günahsızlığımı müdafiə etməyə mane olur”

5 Avqust, 2025
90

Foto: VOA

Avqustun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub. 

Hakim Azər Tağıyevin sədrliyilə baş tutan prosesdə Toplum TV-nin həmtəsisçisi, hüquqşünas Ələsgər Məmmədlinin vəkili onun səhhətindəki problemləri əsas gətirərək ev dustaqlığına buraxılması ilə bağlı yenidən vəsatət qaldırıb.

Ötən prosesdə hakim Ə.Məmmədlinin səhhətinin pisləşməsi haqqında həkim müayinəsi və rəyi olmadığını əsas gətirərək vəsatətj təmin etməmişdi.

Bu dəfə isə müdafiə tərəfi məhkəməyə müvafiq tibbi arayış təqdim edib.

Tibbi müayinələr nəticəsində onun qalxanvari vəzisində 23,17 mm ölçüdə TIRADS III düyün (50–75% xərçəng riski), qaraciyər, böyrək və pankreasla bağlı ciddi problemlər, həmçinin prostat vəzində kalsinatlar aşkar edilib. 

Ələsgər Məmmədli özü də çıxış edərək bildirib ki, səhhəti günahsızlığını müdafiə etmıəyə mane olur:

“İstəməzdim burada səhhətimə görə vəsatət qaldırım. Mən onsuz da günahsızam, nəinki mən, buradakıların hamısı günahsızdır. Mən burada öz günahsızlığımı sonuna qədər müdafiə etəməyə də hazıram. Ancaq səhhətimdəki problem buna mane olur”.

Məhkəmədə məlum olun ki, hakimlər bir aylıq məzuniyyətə çıxırlar. 

Hüquqşünas hakimlərdən bu müddət ərzində ev dustaqlığına buraxılmasını istəyib.

“Heç olmasa, siz məzuniyyətdəykən həbsim ev dustaqlığı ilə əvəzlənsə, əməliyyat oluna bilərəm. Hətta sonrasında yenə məhkəməyə təcridxadan gedib-gələrəm. Burada tək hüquqi yox, insanlıq, vicdan məsələsi də rol oynayır”, - deyə Ə.Məmmədli məhkəmə heyətinə müraciətində vurğulayıb.

O, həbs olunandan sonra şəkərli diabet və yüksək təzyiq xəstəliyinə tutulduğunu da məhkəmə heyətinin diqqətinə çatdırıb. Bildirib ki, həbsinə qədər bunların heç birindən əziyyət çəkməyib.

Dövlət ittihamçısı Rauf Malışov çıxış edərək Ələsgər Məmmədlinin müalicə müəssisəsinə köçürülməsinə etiraz etmədiyini deyib.

Müşaviərədən qayıdan hakimlər vəsatəti təmin etmədiklərini bildiriblər.

Ələsgər Məmmədli çıxışına avtomobilinin üzərinə həbs qoyulmasına etiraz etməklə davam edib.

Hüquqşünas bunun qanunazidd olduğunu vurğulayıb:

“Mənim avtomobilim bir ildən çoxdur ki, bilinmir harada, hansı şəraitdə saxlanılır. Düşünürəm ki, mənim ailəmin ondan istifadə etmək hüququ var. Bu müddət ərzində onlar taksilərə 2000 manatdan çox pul xərcləyiblər. Bu da bizim üçün ödənilməyəcək bir zərərdir”.

Hüquqçünas əlavə edib ki, avtomobil ortaq ailə büdcəsi ilə satın alınıb və həyat yoldaşının da onun üzərindəki mülkiyyət və istifadə hüququ pozulub.

Məmmədlinin bu vəsatəti də təmin olunmayıb.

Növbəti proses sentyabrın 8-ə təyin edilib.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. 

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. 

"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında təxminən 30 jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Azərbaycan hakimiyyəti isə heç kimi peşə fəaliyyətinə və ya siyasi fəaliyyətinə görə təqib etmədiyini, ölkədə bütün hüquq və azadlıqların təmin olunduğunu bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Nənəsi Bəhruz Səmədovun məhkəməsinə buraxılmayıb

6 Avqust 2025

Foto: sosial media

Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işi üzrə ilkin baxış iclası baş tutub. Prosesin öncədən açıq keçiriləcəyi bildirilsə də dövlət ittihamçısı iclasın qapalı keçirilməsi ilə bağlı vəsasət qaldırıb, hakim vəsatəti təmin edib. Bu barədə Toplum TV-yə ictimai fəal Əmrah Təhməzov məlumat verib. Onun sözlərinə görə, hakimin prosesin qapalı keçirilməsi ilə bağlı qərarından sonra Bəhruz Səmədovun nənəsi, tək yaxını Zibeydə Osmanova və dostları, ictimai fəallar məhkəmə zalına buraxılmayıb.  Daha sonra prokuror ittihamla tanış olmadığını əsas gətirib, buna görə də məhkəmə iclası təxirə salınıb. Prorkuror növbəti iclasın da qapalı keçirilməsi ilə bağlı vəsastət qaldırıb, hakim vəsatəti təmin...
Məhkəmə

Vəkil: Hacı Vəliyevlə bağlı Ombudsmana edilən müraciət nəticəsiz qalıb

6 Avqust 2025

Foto: sosial media

Vəkil Aqil Layıc hüquqlarını müdafiə etdiyi ictimai fəal və İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyevin saxlanma şəraiti ilə bağlı Ombudsmana edilən müraciət nəticəsiz qaldığını deyir. O, bu barədə avqustun 5-də sosial media hesabında məlumat yayıb. Vəkilin sözlərinə görə, iyulun 1-də Ombudsman aparatına müraciət edərək Hacı Vəliyevin qeyri-insani rəftara məruz qalması ilə bağlı araşdırma aparılmasını istəyib.  “Onlar gedib yerində faktları müayinə etmək əvəzinə, Baş Prokurorluğuna müraciət ediblər. Baş Prokurorluq da müraciəti Sabunçu Prokurorluğuna göndərib. Hələ də Hacı Vəliyevin yanına məsələni araşdırmaq üçün qeyd edilən orqanlardan bir nəfər belə getməyib”. Layıc əlavə edib ki, ölkədə hüquqi təminat sahəsində “xaotik vəziyyət” yaranıb. “Əvvəllər...

Seçilmiş Videolar

Toplum TV loqo