Siyasət

“The Washington Post”: Tramp Azərbaycan və Ermənistan liderlərini qəbul edəcək

6 Avqust, 2025
41

Foto: açıq mənbə

ABŞ prezidenti Donald Tramp avqustun 8-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Bu barədə "The Washington Post" nəşri iki yüksək vəzifəli Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

Onlardan biri deyib ki, Trampla görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının elan edilməsi mümkündür.

“Görüşün məqsədi onilliklərdir davam edən münaqişəyə son qoymaq üçün sülh sazişinin əldə edilməsidir”, - deyə məlumatda vurğulanır.

İlham Əliyevlə və Nikol Paşinyanın Trampla ayrı-ayrılıqda görüşlərinin planlaşdırıldığı da bildirilir.

İki ölkə liderləri ötən ay Birləşmiş Ərəb Əmirliklərində görüşüblər, amma sonucda heç bir yekun qərar elan olunmayıb.

Qəzet onu da qeyd edir ki, bu, Donald Trampın növbəti sülh təşəbbüsüdür. İyun ayında Konqo və Ruanda ABŞ-nin vasitəçiliyi ilə Oval Ofisdə sülh sazişi imzalayıb.

Ardınca Tramp bəyan edib ki, “cəmi bir neçə ay ərzində biz Hindistan və Pakistan, Konqo və Ruanda, eləcə də bir sıra digər ölkələr arasında sülhə nail olduq”.

“Son aylarda bir çox dünya liderləri Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər” yazan “The Washington Post” əlavə edib: “Bu, onların Trampın rəğbətini qazanmağa çalışmaq üçün  bir taktikasıdır”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Gürcüstanda jurnalistə 2 il həbs cəzası verilib

6 Avqust 2025

Foto: sosial media

Batumi Şəhər Məhkəməsi "Batumelebi" və "Netgazeti" xəbər saytlarının təsisçisi Mzia Amaqhlobelini 2 il müddətinə azadlıqdan mıəhru edib. O, ictimai asayişi qoruyan şəxsə qarşı müqavimət, hədə və ya zorakılıq maddəsi üzrə təqsirli bilinib. İstintaq təcridxanasında keçdiyi müddəti nəzərə alaraq, Amaqlobelinin 17 aydan sonra azadlığa buraxılması nəzərdə tutulur. Amaqlobeli 2025-ci il yanvarın 12-nə keçən gecə saxlanılıb. O, ilk dəfə etiraz olaraq divara stiker yapışdırdığına görə inzibati qaydada saxlanılıb.  Təxminən iki saat sonra isə sərbəst buraxılıb, bir qədər sonra isə polis rəisi İrakli Dqebuadzenin üzünə sillə vurduğuna görə cinayət işi üzrə yenidən saxlanılıb.  Gürcüstanın hökumətyönlü mediaası jurnalistin polisə sillə vurduğunu göstərən videonu nümayiş...
Siyasət

Prezident polisin sosial müdafiəsini gücləndirən dəyişikliyi təsdiqlədi

5 Avqust 2025

Foto: açıq mənbə

Prezident İlham Əliyev "Polis haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini təsdiqləyib. “AZƏRTAC”-ın xəbərinə görə, prezident sənəd layihəsini avqustun 5-də təsdiqləyib. Dəyişiklik polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə izah edilib. Qanunda yeni müddəalara əsasən, müəyyən maliyyə vəsaitləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun xəzinə hesabına köçürüləcək. Bu vəsaitlər aşağıdakılardan ibarətdir: 1. Polis orqanları tərəfindən aparılan istintaq çərçivəsində dövlət büdcəsinə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə köçürülən məbləğin 5 faizi; 2. Cinayət məsuliyyətindən azad edilmə üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinə edilən ödənişlərin 5 faizi. O da qeyd olunur ki, nəzərdə tutulmuş vəsaitdən...

Seçilmiş Videolar

Toplum TV loqo