Məhkəmə

"Abzas Media"nın həbsdə olan direktoru aclığı dayandırıb 

5 Avqust, 2025
52

Foto: sosial media

“Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənli 17 gündür davam etdirdiyi aclıq aksiyasını dayandırıb.

“Abzas Media”nın xəbərinə görə, bu barədə  onun yaxınları məlumat verib.

Yaxınlarının sözlərinə görə, Ü.Həsənli ailəsinin və yaxınlarının onun üçün narahat olduğunu, sağlamlıqlarına zərər dəyə biləcəyini nəzərə alaraq bu qərarı verib. 

Bildirilir ki, jurnalistin aksiyanı dayandırmasına “Abzas Media işi” üzrə apellyasiya məhkəməsinin vaxtının təyin edilməsi də səbəb olub. 

Belə ki, bu iş üzrə apellyasiya məhkəməsinin baxış iclası avqustun 12-nə təyin olunub.

Umbakı qəsəbəsindəki Penitensiar Kompleksə köçürüldüyünə görə aclığa başlayan Ülvi Həsənli bu müəssisədə ona körpə qızı və həyat yoldaşı ilə açıq görüşə icazə verilmədiyini, həmçinin məsafə çox uzaq olduğuna görə, ailəsi və vəkillərinin oraya gəlməkdə çətinlik çəkdiyini bildirmişdi. 

O, Bakı İstintaq Təcridxanasına qaytarılmasını tələb edirdi. Vəkillərin bu istiqamətdə məhkəmələrə müraciətləri isə nəticəsiz qalıb.

Aclığı dayandırdıqdan sonra Həsənli bildirib ki, məsələnin hüquqi yolla həll olunacağına ümid edir.
Aclıq müddətində Ülvi Həsənlinin çəkisi 15 kiloqram azalıb. 

O, havalandırması olmayan cərimə kamerasında saxlanılırdı. Ailəsi onun çox halsız olduğunu, həkim nəzarətindən məhrum qaldığını bildirirdi.

Ülvi Həsənliyə dəstək olaraq “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı və jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova da iyulun 22-dən aclıq aksiyasına qoşulmuşdular. Lakin iyulun 28-də ailə üzvlərinin səhhətində yaranan problemləri nəzərə alaraq aksiyanı dayandırıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Ələsgər Məmmədli: “Səhhətim günahsızlığımı müdafiə etməyə mane olur”

5 Avqust 2025

Foto: VOA

Avqustun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub.  Hakim Azər Tağıyevin sədrliyilə baş tutan prosesdə Toplum TV-nin həmtəsisçisi, hüquqşünas Ələsgər Məmmədlinin vəkili onun səhhətindəki problemləri əsas gətirərək ev dustaqlığına buraxılması ilə bağlı yenidən vəsatət qaldırıb. Ötən prosesdə hakim Ə.Məmmədlinin səhhətinin pisləşməsi haqqında həkim müayinəsi və rəyi olmadığını əsas gətirərək vəsatətj təmin etməmişdi. Bu dəfə isə müdafiə tərəfi məhkəməyə müvafiq tibbi arayış təqdim edib. Tibbi müayinələr nəticəsində onun qalxanvari vəzisində 23,17 mm ölçüdə TIRADS III düyün (50–75% xərçəng riski), qaraciyər, böyrək və pankreasla bağlı ciddi problemlər, həmçinin prostat vəzində kalsinatlar aşkar edilib.  Ələsgər Məmmədli...
Məhkəmə

Ülvi Həsənlinin 16 günə 15 kq çəki itirdiyi deyilir

4 Avqust 2025

Foto: VOA

16 gündür aclıq aksiyası keçirən “Abzas Media”nın həbsdəki direktoru Ülvi Həsənlinin səhhəti kəskin şəkildə pisləşib. Bu barədə jurnalistin həyat yoldaşı Rübabə Quliyeva sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, Ülvi Həsənli son 16 gündə 15 kiloqram çəki itirib, hazırda çəkisi 63 kiloqramdır. Yaxınları qeyd edir ki, son görüş zamanı o, ayaq üstə güclə dayana bilib: “40 dərəcə istidə aclıq edən adam “kars”da saxlanılır. Orada nə pəncərə, nə də havalandırılmaya aid bir şey yoxdur”. Həyat yoldaşı vurğulayıb ki, bu səbəbdən Həsənli nəfəs darlığından əziyyət çəkir, ürək döyüntüləri isə kəskin şəkildə artıb. “Ürəyi elə döyünür elə bil yerindən çıxacaq. Bu baş...

Seçilmiş Videolar

Toplum TV loqo