Məhkəmə

Vəkil: Hacı Vəliyevlə bağlı Ombudsmana edilən müraciət nəticəsiz qalıb

6 Avqust, 2025
49

Foto: sosial media

Vəkil Aqil Layıc hüquqlarını müdafiə etdiyi ictimai fəal və İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyevin saxlanma şəraiti ilə bağlı Ombudsmana edilən müraciət nəticəsiz qaldığını deyir.

O, bu barədə avqustun 5-də sosial media hesabında məlumat yayıb.

Vəkilin sözlərinə görə, iyulun 1-də Ombudsman aparatına müraciət edərək Hacı Vəliyevin qeyri-insani rəftara məruz qalması ilə bağlı araşdırma aparılmasını istəyib. 

“Onlar gedib yerində faktları müayinə etmək əvəzinə, Baş Prokurorluğuna müraciət ediblər. Baş Prokurorluq da müraciəti Sabunçu Prokurorluğuna göndərib. Hələ də Hacı Vəliyevin yanına məsələni araşdırmaq üçün qeyd edilən orqanlardan bir nəfər belə getməyib”.

Layıc əlavə edib ki, ölkədə hüquqi təminat sahəsində “xaotik vəziyyət” yaranıb.

“Əvvəllər heç olmasa imitasiya və dekorativ addımlar olurdu, indi isə bu belə yoxdur. Hüquq adına heç nə qalmayıb, biabırçılıqdır” – deyə o əlavə edib.

Hacı Vəliyev martın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

O, Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq və özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddələri ilə ittiham olunur. 

Vəliyev müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınır.

O, martın 18-də polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyini ictimailəşdirmişdi.

Vəliyev mayın 14-də məhkəmədə çıxışında deyib ki, o, "ictimai fəaliyyətinə, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial rifah məsələlərini dövlət qurumları qarşısında qaldırdığına və məmurları tənqid etdiyinə" görə həbs olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Məhkəmə Fazil Qasımovun dövlət hesabına vəkil tələbini rədd edib

6 Avqust 2025

Foto/kollaj: Toplum TV

Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində həbsdə olan iqtisadçı Fazil Qasımovun şikayəti üzrə növbəti məhkəmə iclası keçirilib.  Bu barədə onun ailə üzvləri Toplum TV-yə məlumat veriblər. Ailəsi bildirir ki, məhkəmə iclası zamanı Fazil Qasımov vəkili Nemət Kərimliyə bəzi sənədləri təqdim etmək istəsə də, konvoy əməkdaşları sənədləri ondan alıblar.  “Hakim də sənədlərin vəkilə verilməsinə icazə verməyib. Qasımov buna etiraz edərək, hakimin bu cür müdaxiləsinin hüquqi əsasının olmadığını bildirib”, - deyə yaxınları bildirib. Daha sonra o, vəkilindən imtina etmək barədə vəsatət verib. Qasımov bildirib ki, artıq 90 gündür vəkili ilə əlaqə qura bilmir. Onun sözlərinə görə, nə vəkili görüşə gəlib, nə də Penitensiar...
Məhkəmə

Nənəsi Bəhruz Səmədovun məhkəməsinə buraxılmayıb

6 Avqust 2025

Foto: sosial media

Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işi üzrə ilkin baxış iclası baş tutub. Prosesin öncədən açıq keçiriləcəyi bildirilsə də dövlət ittihamçısı iclasın qapalı keçirilməsi ilə bağlı vəsasət qaldırıb, hakim vəsatəti təmin edib. Bu barədə Toplum TV-yə ictimai fəal Əmrah Təhməzov məlumat verib. Onun sözlərinə görə, hakimin prosesin qapalı keçirilməsi ilə bağlı qərarından sonra Bəhruz Səmədovun nənəsi, tək yaxını Zibeydə Osmanova və dostları, ictimai fəallar məhkəmə zalına buraxılmayıb.  Daha sonra prokuror ittihamla tanış olmadığını əsas gətirib, buna görə də məhkəmə iclası təxirə salınıb. Prorkuror növbəti iclasın da qapalı keçirilməsi ilə bağlı vəsastət qaldırıb, hakim vəsatəti təmin...

Seçilmiş Videolar

Toplum TV loqo