Məhkəmə

Əziz Orucovun məhkəməsi: “Hakim dedi ki, jurnalistlərin iştirakına ehtiyac yoxdur”

24 Yanvar, 2025
72

Açıq mənbədən götürülüb

Yanvarın 24-də Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə Kanal 13 internet kanalının rəhbəri Əziz Orucovun məhkəməsi davam edib.

Hakimin göstərişi ilə jurnalistlər məhkəmə binasına buraxılmayıb. 

Məhkəmə iclası başa çatandan sonra vəkil Fəxrəddin Mehdiyev Toplum TV-yə bildirib ki, hazırlıq iclasında Əziz Orucovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və o təmin olunmayıb. İkinci vəsatət jurnalistlərin məhkəmə iclasına buraxılmasıyla bağlı olub. 

“Hakim dedi ki, jurnalistlərin məhkəmədə iştirakına ehtiyac yoxdur. Bizim mətbuat xidmətimiz var, jurnalistlər mətbuat xidmətinə müraciət edib suallarına cavab ala bilərlər. Əziz bəy də, mən də etiraz etdik. Bildirdik ki, açıq məhkəmə iclasında jurnalistlərin iştirakına qadağa qoymaq olmaz. Əziz Orucov özü də jurnlalistdir, onu jurnalist fəaliyyətinə görə həbs ediblər. Hakimdən məhkəmə proseslərini işıqlandırmaq üçün gələn jurnalistlərin zala buraxılmasını və onlara şərait yaradılmasını istədik. Bu vəsatət də təmin olunmadı”

Hazırlıq iclasında məhkəmə istintaqının ardıcıllığı müzakirə olunarkən vəkillər ilk olaraq zərərçəkmiş tərəfin ifadə verməsini təklif etmişdi. Zərərçəkmiş tərəfsə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətidir. Bu gün baxış iclasında qurumun nümayəndəsi ifadə verməli olsa da, məhkəməyə gəlməyib. 

Vəkilin sözlərinə görə, məhkəmə iki şahid dindirib. Bunlardan biri Əziz Orucovun evinin tikintisində iştirak etmiş usta olub, tikinti prosesindən danışdığı üçün onun ifadəsi əhəmiyyət kəsb etməyib. 

Digər şahid Rizvan Ağayev məhkəmədə ifadə verəndən sonra tərəflər onun ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğunu bildiriblər. Hakim şahidin istintaqa verdiyi ifadəsini elan edəndə məlum olub ki, o, istintaqa Əziz Orucovun tikinti zamanı ətraf mühitə zərər vurduğunu, yaşıllıqları məhv etdiyini deyib. Şahidsə hakimə bildirib ki, belə bir halın şahidi olmayıb və istintaqa belə bir ifadə verməyib. 

“Orda yol tikintisi ilə bağlı bir az narahatlıq var idi”, - deyən şahidə Əziz Orucov “mənim tikdirdiyim ev ümumiyyətlə yol tikintisindən çox uzaqda olub və bir-birinə maneçiliyi olmayıb”, - deyə cavab verib. 

Növbəti məhkəmə prosesi fevralın 5-nə təyin olunub.

Toplum TV


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

143 milyon manatı mənimsəməkdə ittiham olunan keçmiş zabitlər vəkil tutmayıblar

4 Fevral 2025

sosial media

Bakı Apelyasiya Məhkəməsində Müdafiə Nazirliyinin keçmiş yüksək vəzifəli zabitlərinin apellyasiya şikayətinə baxılır. Mühakimə olunanlar nazirliyin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin keçmiş rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəhbəri Vüsal Əlizadədir. Onlar Müdafiə Nazirliyində 2017-2021-ci illərdə 143 milyon manatlıq mənimsəmə işi üzrə həbs ediliblər.  İlkin baxış iclasında məlum olub ki, zabitlərdən Cəlal Kazımov və Vüsal Əlizadə apelyasiya məhkəməsində onları müdafiə etmək üçün vəkil tutmayıblar. Vüsal Əlizadə dövlət hesabına ayrılan vəkilin onu müdafiə etməsinə razılıq versə də, Cəlal Kazımov vəkil istəməyib....
Məhkəmə

Tofiq Yaqublu: “Müstəntiq evimizə axtarışa gələndə hal şahidlərini özüylə gətirib”

1 Fevral 2025

Fərqanə Novruzova

Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü, dələduzluqda təqsirləndirilən Tofiq Yaqublunun məhkəməsi davam edir.  Sonuncu məhkəmə iclasında Tofiq Yaqublu məhkəmə prosesinin yekunlaşdırılmasını istəyib.  “Bu qədər müddətdir ki, şərləndiyimə dair məhkəməyə nə qədər sübut, fakt, dəlil təqdim etmişəm, ancaq məhkəmə hələ də mənim cinayət törətdiyimə dair bircə sübut ortaya qoya bilməyib. Bu qədər fakt kifayətdir ki, bu iş yekunlaşsın və cinayət işinə xitam verilsin”, Yaqublu məhkəməyə bildirib.  Hakim Elnur Nuriyev Yaqubluların evindəki axtarışla bağlı sənədləri elan edib. Tofiq Yaqublu zərərçəkən Elşən Hüseynovun dindirmə protokoluna diqqət çəkib:  “Müstəntiq Abdulla Cəlilli 14 dekabr saat 16:00-da Elşən Hüseynovun dindirməsini yekunlaşdırıb. Elə...

Seçilmiş Videolar

Toplum TV loqo