Foto: sosial media
Sentyabrın 25-də Suraxanı Rayon Məhkəməsində "Kanal 13" internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun vaxtından əvvəl azad olunması üçün verdiyi vəsatətə baxılıb.
Azadlıq Radiosunun Ə.Orucovun ailəsinə istinadən verdiyi xəbərə görə, hakim vəsatəti təmin etməyib.
Ailəsi bildirib ki, saxlanıldığı 16 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin verdiyi müsbət rəy və müalicə müəssisəsində davamlı nevroloji müalicə alması Ə.Orucovun azadlığa buraxılması üçün yetərli olmayıb. Hakim Ədliyyə Nazirliyinin mənfi mülahizəsi əsasında onun vaxtından əvvəl azad olunmasının əleyhinə qərar verib.
Ə.Orucovun azadlığa çıxmasına 2 ay 2 gün qalıb.
Ə.Orucov 2023-cü il noyabrın 27-də qanunsuz tikinti ittihamı ilə həbs olunub.
Bu il fevralın 26-da Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə ona 2 il həbs cəzası verilib.
Jurnalist ittihamı qəbul etmir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
AİHM Azərbaycan hökumətinin keçmiş “NİDA”çılara əlavə 1500 avro ödəməsinə qərar verib
Foto: Meydan TV
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"