Foto: sosial media
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin həbsdə olan sədri Əlizamin Salayevin səhhətindəki problemlərdən şikayət etdiyi bildirilir.
Bu barədə AXCP üzvü Ceyhun Novruzov “Facebook” hesabında məlumat verib.
O yazıb ki, Salayev ona telefon zəngində ürəyində ağrılar olduğunu, nəfəs almaqda çətinlik çəkdiyini və həkimlərin bununla bağlı heç bir tədbir görmədiyini deyib.
“Hətta 2 dəfə az qala ürəyi dayanırmış. Xatırladım ki, Əlizamin ürək çatışmazlığından əziyyət çəkir və ürəyinə 2 stend qoyulub”, - Novruzov qeyd edib.
Əlizamin Salayev 2023-cü il fevralın 7-də Cinayət Məcəlləsinin “xuliqanlıq, silah qismində istifadə olunan əşyadan istifadə ilə törədildikdə" ittihamı ilə həbs edilib.
Dörd il müddətinə azadlıqdan məhrum edilən AXCP fəalı ittihamı rədd edib, siyasi fəaliyyətinə görə həbs edildiyini bildirib və 114 gün aclıq edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Foto: sosial media
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb
Beynəlxalq təşkilatlar prokurorun “Abzas”çılara istədiyi cəzanı pisləyir