Məhkəmə

Həbsdə olan hökumət tənqidçisi: "Talış dövləti yaratmağın tərəfdarı olmamışam" 

19 İyun, 2026
150

Açıq mənbə

İyunun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan hökumətinin etnik azlıqlarla bağlı siyasətinin tənqidçisi Kamal İsayevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı ittiham aktını oxumağa davam edib. O, K.İsayevin müxtəlif illərdə sosial şəbəkələrdə yazdığı paylaşımlara istinad edib. 

İstinad edilən paylaşımlarından birində fəal yazıb ki, Azərbaycanda "bir gün talışlar hakimiyyətə gələcək və haqsızlığa son qoyacaq". Prokuror həm də iddia edib ki, K.İsayev özünü "Talış-Muğan Respublikası"nın mədəniyyət naziri adlandırıb. 

Daha sonra K.İsayev ittihamlara cavab verib. O, heç vaxt Azərbaycanın parçalanmasının tərəfdarı olmadığını deyib. 

"Heç bir talış dövlətinin yaradılmasının da tərəfdarı  olmamışam. Özümü nazir elan etməyimlə bağlı iddia da yalandır. "WhatsApp" qrupunda mənə mədəniyyət işləri üzrə nəzarətçilik həvalə olunub. Son 7-8 ildə mənim sosial şəbəkələrdə yüzlərlə çıxışım və paylaşımım olub, hərəsindən özlərinə sərf edən bir cümlə çıxarıb ittiham aktı tərtib ediblər. Mən qəbul edirəm ki, bu çıxışlar mənə məxsusdur, amma özümü qətiyyən təqsirli bilmirəm. Tamamilə böhtanla dolu cinayət işidir", - o qeyd edib. 

Növbəti məhkəmə prosesi iyulun 29-u saat 11:00-a təyin olunub. 

Rusiya vətəndaşı olan və bu ölkədə yaşayan Kamal İsayev ötən ilin noyabrında Türkiyəyə səyahət edərkən saxlanılıb və Azərbaycana ekstradisiya edilib. 

K.İsayevin “YouTube” platformasında “Jahid Kamal” və “Arya Toloş” adlı kanalları olub və o, Azərbaycan hakimiyyətinin etnik azlıqlarla bağlı siyasətini mütəmadi tənqid edib.

K.İsayev Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışların bir qrup şəxs tərəfindən törədilməsi), 281-1.2-ci (Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvolların bir qrup şəxs tərəfindən yayılması) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin zor tətbiqi və ya zor hədəsi ilə salınması) maddələri ilə ittiham olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Azərbaycanda mühakimə olunan Rusiya vətəndaşlarına 3-4 il həbs cəzası kəsilib

19 İyun 2026

Açıq mənbə

Ötən ilin iyulunda Azərbaycan və Rusiya münasibətlərinin pisləşməsi fonunda Azərbaycanda həbs olunan rusiyalıların məhkəməsi başa çatıb.  APA-nın xəbərinə görə, iyunun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.  Təqsirləndirilən şəxslərdən Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Valeri Dulov 4 il, Dmitri Fedorov, Boris Timoşov, Aleksey Vasilçenko və İlya Bezuqli isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 234.4.1-ci (narkotik satışı, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə təqsirli biliniblər.  Təqsirləndirilən şəxslər əvvəlki məhkəmə iclaslarında özlərini təqsirli bilməmiş...
Məhkəmə

Məhkəmə Namizəd Səfərovun vəsatətlərini təmin etməyib 

18 İyun 2026

Açıq mənbə

İyunun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Namizəd Səfərovun işi üzrə məhkəmə prosesi keçirilib.  Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə əvvəlcə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.  Cinayət işində zərərçəkən qismində Günel Əfəndiyeva adlı şəxs tanınsa da, özü məhkəmədə iştirak etməyib. İstintaq orqanı iddia edir ki, G.Əfəndiyeva işə düzəlmək üçün N.Səfərova 53 min manat məbləğində pul verib.  N.Səfərov çıxışında adı çəkilən qadını tanımadığını, hadisənin baş verdiyi iddia edilən gün isə ümumiyyətlə Bakıda olmadığını deyib.  "7 aydır ki, saxlanılmışam, amma indiyə qədər heç bir istintaq hərəkəti aparılmayıb. Nə zərərçəkən ortaya çıxıb, nə də ortada bir sübut var. İşlə...

Seçilmiş Videolar

Toplum TV loqo