Məhkəmə

Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

21 İyul, 2026
158

Sosial media

"Toplum TV işi" üzrə baş tutan növbəti məhkəmə prosesində də media eksperti Ələsgər Məmmədlinin səhhətində problemlər müşahidə olunub. 

Həyat yoldaşı Günay Məmmədlinin yaydığı məlumata görə, iyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə Ə.Məmmədli ürək sancısından əziyyət çəkib. 

"Sancma zamanı zaldakılar fərq etməsə də, Ələsgər bəyin ani hərəkətindən yanında nəzarətçi qismində əyləşən Penitensiar Xidmət növbətçisi və digər şəxs də səksənib. [Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri] Akif Qurbanov və bir neçə nəfər vəziyyəti görüb. Akif bəy çıxışını dayandıraraq həkim çağırılmasını istəyib. Məlum olub ki, həkim övladının problemi olduğu üçün orada olmayıb. Hakim Azər Tağıyev təcili yardım çağırmağı təklif edib, lakin Ələsgər Məmmədli hər zamankı kimi təvazökarlığı üstün tutaraq prosesi dayandırmayıb. Özü dərman qəbul edib", - G.Məmmədli sosial media hesabında yazıb. 

Daha sonra prosesdə fasilə elan olunub və Ə.Məmmədlinin açıq havaya çıxmasına icazə verilib. A.Tağıyev media ekspertinin qandalsız çıxarılmasına razılıq versə də, o, əsəbləşərək açıq havaya çıxmaqdan imtina edib. 

"Hər məhkəmə prosesində "korvalol", təzyiq dərmanları içir və bunu hakimlər daxil hər kəs görür. 65 məhkəmə prosesinin bəlkə də 60-ında səhhətlə bağlı vəsatətlər verilsə də, hər dəfə hakim bəhanə olaraq əsaslı həkim sənədi istəyir. Hansı həkim qorxusundan o sənədi verə bilər? Sadəcə şifahi olaraq hər dəfə əməliyyat olmalısız deyirlər", - həyat yoldaşı əlavə edib. 

Günay Məmmədli “Toplum TV“-yə bildirib ki, iyulun 21-də istintaq təcridxanasında Ələsgər Məmmədli ilə görüşüb. 

“Ələsgər Məmmədli dedi ki, dünənki məhkəmə prosesindən sonra vəziyyətim çox pis idi, kardioqrama edildi. Hələ cevabı çıxmayıb”, - deyə G.Məmmədli vurğulayıb.

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. Onlar öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Özləri ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo