Məhkəmə

Hüquq müdafiəçisi saxlanma şəraitindən narazıdır

8 May, 2025
433

VOA

Həbsdə olan hüquq müdafiəçisi, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı saxlanma şəraitindən narazıdır.

O, yaxınlarına bildirib ki, Bakı İstintaq Təcridxanasında saxlandığı dördnəfərlik kameraya bu yaxınlarda daha bir nəfər salınıb və saxlanılanların sayı beş olub. 

“Bu isə orada saxlanan şəxslərin yatması, sıxlıq və digər məsələlər ilə bağlı problemlər yaradıb", - Süleymanlının yaxınları “Azadlıq Radiosu”na deyib. 

Onlar məsələ barədə təcridxana rəhbərliyinə etdikləri müraciətlərin cavabsız qaldığını bildiriblər.

Azərbaycan hakimiyyətinin müstəqil qeyri-hökumət təşkilatlarına (QHT) qarşı 2014-cü ildə başlanmış, daha sonra bağlanmış cinayət işi yenidən açılıb.

Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

QHT-lərlə bağlı cinayət işi üzrə 50-yə yaxın şəxsin istintaqa cəlb olunduğu bildirilir.

Bu il martın 14-də “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı və “Seçki Müşahidə Alyansı”nın rəhbəri Məmməd Alpay Məmmədzadə bu iş üzrə həbs olunublar.

ABŞ-ın German Marşal Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli cinayət məsuliyyətinə cəlb olunub, istintaq müddəti ərzində polis nəzarətinə verilib.

Eyni cinayət işi üzrə “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli isə ölkədə olmadığından onun haqqında qiyabi həbs qərarı çıxarılıb və axtarışa verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Azər Qasımlını ittiham edən şəxs indi də həyat yoldaşını şikayət edib 

17 Aprel 2026

Foto: Meydan TV

Həbsdə olan müxalif siyasətçi Azər Qasımlını hədə-qorxuda ittiham etmiş Qurbanəli Yusifov indi də onun həyat yoldaşı Samirə Qasımlıya qarşı iddia qaldırıb.  S.Qasımlının "Toplum TV"-yə verdiyi məlumata görə, Q.Yusifov onu Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin (böhtan) pozulmasında ittiham edərək Binəqədi Rayon Məhkəməsinə şikayət edib.  Şikayətin qeydiyyata alınması haqda məlumat elektron məhkəmə sistemindən S.Qasımlıya göndərilib.  A.Qasımlı martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində 12 il həbs cəzası alıb.  A.Qasımlı Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) ilə təqsirli bilinib.  O, ittihamı rədd edir və hakimiyyətin sifarişi ilə həbs olunduğunu bildirirdi.  Cinayət işində iddia olunur ki, A.Qasımlı...
Məhkəmə

Namizəd Səfərovun həbs müddəti uzadılıb 

14 Aprel 2026

Açıq mənbə

Həbsdə olan hüquq müdafiəçisi, Azərbaycan Xalq Parlamentinin həmsədri Namizəd Səfərovun barəsindəki həbs qətimkan tədbirinin müddəti uzadılıb.  APA-nın xəbərinə görə, Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi keçirilən prosesdə N.Səfərovun həbs müddətinin daha 3 ay uzadılmasına qərar verilib.  N.Səfərov ötən ilin dekabrında həbs olunub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilir.  İddiaya görə, N.Səfərov bir şəxsdən 53 min manat məbləğində pul vəsaiti alaraq onu vəzifəyə düzəltməyə söz verib.  Azərbaycan Xalq Parlamenti N.Səfərova qarşı cinayət işini "əsassız, siyasi motivli və cəmiyyətdə siyasi vahimə xofu yaratmaq məqsədilə keçirilən siyasi akt" kimi qiymətləndirib.  N.Səfərov 2005-ci ildə Vəkillər Kollegiyasından çıxarılıb....

Seçilmiş Videolar

Toplum TV loqo