Məhkəmə

İctimai fəal Nicat Əmiraslanov 15 sutka həbs olunub

24 May, 2025
28

Foto: sosial media

İctimai fəal Nicat Əmiraslanov barəsində 15 sutkalıq inzibati həbs qərarı verilib.

Yaxınlarının Meydan TV-yə bildirdiyinə görə, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuilqanlıq) maddəsi ilə məhkəməyə çıxarılıb.

Qazax Rayon Məhkəməsi bu barədə mayın 24-də qərar çıxarıb.

Bu barədə ilk məlumatı jurnalist Elməddin Şamilzadə “Facebook” səhifəsində paylaşıb.

“İctimai fəal Nicat Əmiraslanov Qazaxda  polislər tərəfindən saxlanılıb. Yaxınları ehtimal edir ki, hadisə müəmmalı şəkildə həyatını itirmiş Elgünlə bağlı bukletləri paylaşdığı üçün baş verib”, – E.Şamilzadə qeyd edib.

Hələlik hüquq mühafizə orqanları onun saxlanması barədə məlumat paylaşmayıb.

Nicat Əmiraslanov əvvəllər müstəqil jurnalist kimi fəaliyyət göstərib. 

O, bundan öncə də bir neçə dəfə saxlanılıb və inzibati həbsə məhkum edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Aynur Elgünəş: “İndi bilmişəm, hər maddənin, hər hakimin öz qiyməti var”

24 May 2025

Foto: Ülviyyə Əli

Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş yazır: İlk dəfə pasport alıb, evə dönəndə atamı dostları ilə yeyib-içən gördüm. Yanına gedib, fəxrlə pasportumu atama uzatdım, “bu gündən mən də müstəqiləm” dedim. Dostları təbrik etsə də, atam qaşlarını çatdı, üzü əsəbdən tutqunlaşdı. Pasportu özümə qaytarıb, yaxşı, get o biri otağa – dedi. Pərt halda otaqdan çıxmışdım ki, nənəmin tənəsinə tuş gəldim. Məni danladı, başa saldı ki, ayıb iş görmüşəm, qız uşağı “müstəqiləm” deməz. Müstəqillik özbaşınalıqmış, özbaşına adam da pis yola düşərmiş…  Nənəm çox danışdı, amma mən heç cür anlamadım ki, müstəqilliklə “pis yol”a düşməyin nə əlaqəsi var. Sonradan bu bir...
Məhkəmə

Ağac kəsib satmağa görə hökm oxunan ekologiya işçiləri azadlığa buraxılıb

23 May 2025

Foto: Açıq mənbədən götürülüb

Ali Məhkəmə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) qanunsuz ağac kəsib satmaqda təqsirləndirilərək hökm oxunan sabiq işçilərini azadlığa buraxıb.  Mayın 23-də hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə ETSN-in Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru İlqar Qəribov, baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin barələrindəki hökmdən verdikləri kassasiya şikayətinə baxılıb.  Məhkəmə onların şikayətini təmin edib və adları çəkilən şəxslər cəzaları şərti hesab olunmaqla azadlığa buraxılıblar.  Daha əvvəl Şəki Ağır Cinayətlər Məhkəməsi Qəribova 8 il 6 ay, digər təqsirləndirilən şəxslərə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası...

Seçilmiş Videolar

Toplum TV loqo