Ölkə

Ələsgər Məmmədli bu il də doğum gününü həbsxanada qeyd edir

24 May, 2025
564

Foto: sosial media

Media hüququ üzrə ekspert və Toplum TV-nin həmtəsisçisi Əlsgər Məmmədli artıq ikinci ildir doğum gününü həbsdə qeyd edir.

O, 2024-cü martın 8-də Bakıda klinikaların birindən çıxarkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

Ona qarşı qarşı irəli sürülən ittihamlar arasında valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və çirkli pulların yuyulması kimi ciddi maliyyə cinayətləri yer alır.

Özü bu ittihamları rədd edir və siyasi motivli olduğunu bildirir.

Ailəsi və vəkilləri müntəzəm olaraq onun səhhətindəki narahatlıqları dilə gətirirlər.

Məmmədlinin vəkili buna görə Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması üçün vəsatətlər qaldırsa da, indiyədək heç biri təmin edilməyib.

Həbsindən əvvəl onun qalxanabənzər vəzində şiş aşkarlanıb və biopsiya üçün klinikaya müraciət edib. 

Ə.Məmmədli hüquq-mühafizə orqanlarını onun tibbi müayinələrinə və əməliyyat edilməsinə mane olduğunu deyir.

Mayın 19-da “Toplum TV işi” üzrə baş tutan məhkəmə prosesində Ələsgər Məmmədli bildirib ki, həbs olunandan sonra onun müayinə formal keçirilib:  “Həkimlər özləri də vəziyyəti bilirlər, amma əməliyyatla bağlı sənəd verməyə qorxurlar”.

Beynəlxalq insan hüquqları təşkilatları, o cümlədən Amnesty International və Human Rights Watch, Məmmədlinin və digər jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb edərək, bu həbsləri Azərbaycanda müstəqil medianın susdurulmasına yönəlmiş kampaniyanın bir hissəsi kimi qiymətləndirirlər .

Ələsgər Məmmədli kimdir?

Ələsgər Məmmədli media hüquqları üzrə ixtisaslaşmış hüquqşünasdır. 

O, 1968-ci mayın 24-də ildə Ağdam rayonunun Quzanlı kəndində müəllim ailəsində doğulub. 

İstanbul Universitetinin Hüquq fakültəsini bitirib, daha sonra Ankaradada hüquq və idarəetmə üzrə magistr təhsili alıb. 

Türkiyədə və Azərbaycanda bir sıra hüquqi və media təşkilatlarında hüquqşünas, məsləhətçi və rəhbər vəzifələrdə çalışıb. 

O, 2002-2013-cü illərdə jurnalistlər və hüquqşünaslar üçün 200-dən çox təlim keçib, bir sıra hüquqi kitabların müəllifidir. 

2016-cı ildə Toplum TV-nin hüquqi təsisçilərindən biri olub və insan haqlarının müdafiəsini əsas fəaliyyət prinsipi kimi müəyyən edib. 

O, ATƏT və Avropa Şurası kimi qurumlarla media hüququ üzrə ekspert kimi əməkdaşlıq edib. 

2014-cü ildə "IREX" təşkilatında işlədiyi dövrdə barəsində cinayət işi açılıb və Avropa İnsan Hüquqları Məhkəməsi bu iş üzrə hüquq pozuntusu tanıyıb. 

Toplum TV-yə qarşı təzyiqlər 6 mart 2024-cü ildə ofisinə edilən polis reydi ilə başlayıb. Reyd zamanı bir neçə əməkdaş saxlanılıb və avadanlıqlar müsadirə edilib . 

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.

Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov,  “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov hazırda həbsdədir.

Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb. 

"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

3 aydır xidmət edən DSX əsgərinin xəstəlikdən vəfat etdiyi deyilir

25 Avqust 2026

şəxsi arxiv

Dövlət Sərhəd Xidmətinin (DSX) cənub sərhədində yerləşən hərbi hissələrindən birində xidmət edən, 2008-ci il təvəllüdlü Fəqan Samir oğlu Ağayevin vəfat etdiyi deyilir. “Meydan TV”-nin əsgərin yaxınlarına istinadən verdiyi məlumata görə, Neftçala rayon sakini olan 18 yaşlı hərbçiyə “sürətlə yayılan meningit” diaqnozu qoyulub. Səhhəti kəskin pisləşən F.Ağayevin üç gün koma vəziyyətində qaldıqdan sonra yerləşdirildiyi xəstəxanada vəfat etdiyi deyilir. Cəmi üç ay əvvəl həqiqi hərbi xidmətə çağırıldığı bildirilən əsgərin avqustun 24-də dəfn olunduğu bildirilir. Dövlət Sərhəd Xidməti Fəqan Ağayevin ölümü və ölüm səbəbi ilə bağlı hələlik rəsmi məlumat yaymayıb. Xəzər Hərbi Tədqiqatlar İnstitutunun avqustun 17-də yaydığı məlumata görə, 2026-cı ilin geridə qalan...
Ölkə

Naxçıvanda çörək sexlərindən şikayət: "Çəkini azaldıb alıcını aldadırlar"

14 Avqust 2026

nuhcixan.az

Naxçıvanda çörək sexlərinin məhsulun çəkisini azaldaraq alıcıları aldatdığı haqda şikayətlər səslənir.  Mövzunu ilk olaraq ictimailəşdirən "Gündəlik Naxçıvan”-a yerli sakinlərdən birinin dediyinə görə, 40 qəpiyə, 300 qramlıq adı ilə satılan “Bərəkət” çörəyini tərəzidə çəkərkən 250 qram olduğunu görüb.  Adının açıqlanmasını istəməyən başqa sakinlər də "Toplum TV”-yə danışaraq bu faktı təsdiqləyiblər: "40 qəpiklik çörək 300 qram olmalıdır. Əvvəllər 303, 302 qram gəlirdi çəkisi. Bu insanları aldatmaqdır. Paketdə qablaşdırılmalıdır və üstündə qramı qeyd olunmalıdır. Müştəri bilməlidir ki, ödədiyi pula neçə qram çörək alır. Görün o zavoddan nə pullar yeyilir", - onlar bildiriblər.  Sakinlər bunun təsadüf olduğunu da düşünmürlər: "Kündə kəsən maşınlarda qramı özləri...

Seçilmiş Videolar

Toplum TV loqo