Məhkəmə

“Kanal 13”ün rəhbərinə 2 il cəza verildi

26 Fevral, 2025
187

sosial media

Fevralın 26-da Səbail rayon Məhkəməsində “Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucova hökm oxunub. 

O, 2 il müddətinə azadllqdan məhrum edilib.

İki saata yaxın davam edən məhkəmə iclasında əvvəlcə dövlət ittihamçısı jurnalistə qarşı irəli sürülmüş özbaşına tikinti ittihamının məhkəmədə şahid ifadələriylə sübuta yetirildiyini deyib və ona 2 il 6 ay cəza tələb edib. 

Vəkillər müdafiə çıxışlarında ittihamın qurama olduğunu və Əziz Orucovun həbsinin jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu deyərək ona bəraət istəyiblər. 

Əziz Orucov özü də bəraət istəyib. 

Əziz Orucov 2023-cü il noyabrın 27-də qanunsuz tikinti aparmaq ittihamı ilə saxlanılıb. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orucov ittihamları rədd edib, jurnalist fəaliyyəti ilə bağlı həbs edildiyini bildirib.

İbtidai istintaqın nəticəsinə əsasən həbsdə olan jurnalistə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədildikdə) maddəsi üzrə ittiham götürülüb.

Cinayət işi Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət hüququ olmayan torpaqda özbaşına tikinti işlərinin aparılması) maddəsi ilə məhkəməyə göndərilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəməyə görə hökm oxunub

21 May 2025

Foto: Müdafiə Nazirliyi

Mayın 21-də Bakı Hərbi Məhkəməsində hərbi hissədə 143 milyon manat mənimsənilməsi ilə bağlı işdə təqsirləndirilən şəxslərdən birinə hökm oxunub.  Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissənin keçmiş maliyyə-xidmət rəisi, kapitan Vahid Novruzlu 11 il azadlıqdan məhrum edilib.  Novruzlu son sözündə özünü qismən təqsirli bildiyini, yalnız yüksək rütbəli şəxslərin tapşırığını yerinə yetirdiyini deyib.  İş üzrə digər təqsirləndirilən şəxslərlə birlikdə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Təqsirləndirilən şəxslərin ümumi sayı 10-dan yuxarıdır. Onların barəsində olan cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.  Təqsirləndirilən şəxslərin hər...
Məhkəmə

İctimai fəalın 30 sutka həbs olunduğu deyilir

21 May 2025
İctimai fəal və müəllim Dəyanət Çələbinin inzibati qaydada həbs olunduğu bildirilir.  Bu barədə "Politfm" xəbər yayıb. Qeyd olunur ki, o, polisə müqavimət göstərməkdə ittiham olunaraq Xətai rayon Məhkəməsi tərəfindən 30 sutkalıq inzibati həbs olunub.  Sosial şəbəkələrdə aktivliyi ilə bilinən D.Çələbi siyasi motivlərlə həbs olunan jurnalist və fəallara azadlıq tələb edirdi. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 350 nəfər siyasi məhbus var. Rəsmilər isə bir qayda olaraq ölkədə siyasi motivli həbslər olmadığını deyirlər.  Beynəlxalq insan haqları təşkilatları, ABŞ Dövlət Departamenti isə hökuməti haqsız həbs olunanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırıb.

Seçilmiş Videolar

Toplum TV loqo