Məhkəmə

“Saxlanılarkən aldığı zədələrdən Ülviyyə Əlinin başında ağrılar yaranıb, dəfələrlə qusub”

10 May, 2025
469

açıq mənbədən götürülüb

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Aytaq Tapdıq bildirib ki, jurnalist Ülviyyə Əlinin (Quliyeva) saxlanılarkən başından aldığı zədələr səbəbilə səhhətində problemlər yaranıb.

Aytac Tapdıq bu barədə mayın 10-da ailə üzvləri vasitəsi ilə məlumat verib.

Məlumatda deyilir ki, Ülviyyə Əli zorakılığa Bakı Şəhər Baş Polis İdarsəində məruz qalıb: “Başının müxtəlif nahiyələrindən aldığı çox saylı zərbələrdən sonra iki dəfə müvəqqəti saxlama yerində, bir dəfə Kürdəxanı istintaq təcridxanasında qusub. Başında şiddətli ağrıları var”.

Aytac Tapdıq həmkarı barədə təcili tədbir görülməli olduğunu vurğulayıb.

“Ülviyyə Əlinin başına gələn hər şeyə görə Azərbaycan hakimiyyəti məhsuliyyət daşıyır”, - A.Tapdıq qeyd edib.

Deyilənlər barədə rəsmi qurumlar hələki münasibət bildirməyib.

Ülviyyə Əli mayın 7-də “MeydanTV işi" üzrə saxlanıb. 

O, həbsindən öncə yazdığı bəyanatda MeydanTV ilə heç bir işgüzar əlaqəsi olmadığını, olsaydı belə, bunu cinayət hesab etmədiyini yazıb.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

O, əvvəllər “Meydan TV işi”ndə şahid kimi ifadə verib və ölkədən çıxışına qadağa qoyulub.

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aynur Elgünəş, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar.

Sonrada “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı) və Fatimə Mövlamlı da “Meydan TV işi”nə görə həbs edilib.

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: #

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Məhkəmə Bəhruz Səmədovun psixoloji ekspertiza ilə bağlı vəsatətini rədd edib

22 Yanvar 2026

Foto: sosial media

Yanvarın 22-də Bakı Apellyasiya Məhkəməsində sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədovun şikayəti üzrə proses keçirilib.  Yaxınlarının yaydığı məlumata görə, şikayət fəalın saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsindən qapalı rejimli Umbakı Penitensiar Kompleksinə köçürülməsi qərarı ilə bağlı olub.  Hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə B.Səmədov təcridxanada iki dəfə intihara cəhd etdiyini xatırladaraq psixoloji sağlamlığının yoxlanılması üçün həkim ekspertizası istəyib. Onun vəsatəti təmin edilməyib.  O, Umbakı Penitensiar Kompleksinə köçürülməsi ilə bağlı verdiyi şikayət barədə son sözünü demək üçün məhkəmədən əlavə vaxt istəyib. Məhkəmə prosesi yanvarın 29-a təxirə salıb.  Ötən il dekabrın 1-də cəzaçəkmə müəssisəsinin rəhbərliyinin vəsatəti əsasında B.Səmədovun 1 illik Umbakı...
Məhkəmə

Fərid İsmayılov: "İstintaq sənədlərinin yayılması göstərir ki, istintaq orqanı polis yox, Azərbaycan hakimiyyəti olub" 

21 Yanvar 2026

Foto: sosial media

"Toplum TV işi" üzrə keçirilən son məhkəmə prosesində jurnalist Fərid İsmayılov istintaq materiallarının hökumətyönlü media orqanlarında yayılması ilə bağlı vəsatət verib.  "6 mart 2024-cü il tarixində "Toplum TV" ilə bağlı cinayət işi açılıb. İstintaq materialları və sirri hökumətin şər mediasında dəfələrlə təhrif olunaraq yayılıb. Bu materialların yayılmasına mane olmaq istintaq qrupunun birbaşa borcu idi. Amma heç bir müstəntiq bu öhdəliyini yerinə yetirməyib. Cəzalanan olubmu? Xeyr. Bu özü belə sübut edir ki, istintaq orqanı, əslində, Bakı Şəhər Baş Polis İdarəsi yox, Azərbaycan hakimiyyəti olub", - o, vəsatəti müdafiə çıxışında bildirib.  F.İsmayılov materialların yayılmasından məsul olan media qurumlarının rəhbərlərinin məhkəmədə dindirilməsini istəyib. ...

Seçilmiş Videolar

Toplum TV loqo