Fəridə Ziyadova/sosial media
Bakının Xətai rayonunda 1895-97-ci illərdə tikilən tarixi bina sökülüb.
Bu barədə memar Stasia Orlova-Stroqanova “Facebook” səhifəsində məlumat verib.
O bildirib ki, söküntü mayın 9-da baş tutub.
Sözügedən bina ikimərtəbəli olmaqla Ələddin Quliyev və 8-ci Zavod küçələrinin kəsişməsində yerləşib. Orlova-Stroqanova qeyd edib ki, tarixi bina məşhur polyak memarı Kazimir Skureviçin layihəsi əsasında tikilib.
“Klassik üslubda, milli memarlıq elementləri ilə tikilmiş bu zərif bina ərazinin mirvarisi ola bilərdi. Onu qorumaq, bərpa etmək, mədəni məkan kimi yenidən canlandırmaq olardı — sərgi zalları, uşaq oyun zonaları, rahat bir kafe... Arzu idi? Təəssüf ki, indi bu yalnız bir “kaş ki” olaraq qalır”, - memar vurğulayıb.
Orlova-Stroqanova əlavə edib ki, bu bina “sadəcə daş və kərpic deyildi — bu, dövrünün canlı şahidi, memarlıq incisi idi”.
O bildirib ki, yerli memarlar abidənin qorunması üçün aiddiyatı qurumlara müraciətlər ediblər, lakin onlar cavabsız qalıb.
Mətbuatda həmin ərazidə “yaşıl hibrid park-koridor”un tikiləcəyi yazılıb.
Məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən “Trend.az”a bildirilib ki, sözügedən bina dövlət mühafizəsində olan tarixi abidələrin siyahısında olmayıb.
Bundan əvvəl memar Abdul Hüseynov Toplum TV-yə demişdi ki, Bakıda əvvəllər dövlət reyestrində olan tarixi binalar səssizcə siyahıdan çıxarılır və bununla onların sökülməsinə əsas yaradılır.
Qeyd: Fotolar Fəridə Ziyadovaya aiddir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
sosial media