UNİCEF
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondunun (UNICEF) Azərbaycandakı fəaliyyəti növbəti aylarda mərhələli şəkildə dayandırılacaq.
Bu barədə “Report.az”a UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya İdarəsinin regional rəhbəri İrina Mazur xəbər verib.
O bildirib ki, bundan sonra UNICEF Azərbaycandakı tərəfdaşlarla əməkdaşlığı regional ofisi və baş qərargahı vasitəsilə davam etdirəcək.
Rəsmi Bakı hələ martın əvvəlində BMT-nin dörd ofisinin - BMT-nin İnkişaf Proqramı (UNDP), UNFPA, UNHCR və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycanda ofislərinin bağlanması təklifi ilə çıxış edib.
Hökumət BMT-nin 4 yerli ofisi ilə yanaşı Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICMPD) də yerli nümayəndəliyinin bağlanması ilə bağlı bildiriş göndərmişdi.
Rəsmi Bakının əsaslandırmasına görə, bu qurumların Azərbaycanda məşğul olacaqları bir iş qalmayıb və onların ofisinin fəaliyyət göstərməsinin də mənası yoxdur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Toplum TV
sosial media