Dünya

ABŞ Talibandan qaçan əfqanların qorunma statusunu ləğv edib

13 May, 2025
44

Andrew Quilty

ABŞ-ın Vətənin Təhlükəsizliyi Departamenti ölkədə yaşayan əfqanıstanlı qaçqınların “müvəqqəti qorunma statusu”nu ləğv edib. 

Departamentin rəhbəri Kristi Noem deyib ki, onlar Əfqanıstandakı vəziyyəti nəzərdən keçirəndən sonra qərara gəliblər ki, bu ölkədən olan qaçqınlar sözügedən statusa sahib olmaq üçün tələb olunan meyarlara cavab vermir. 

O hesab edir ki, Əfqanıstanda təhlükəsizlik vəziyyəti yaxşılaşıb və iqtisadiyyat stabilləşib. 

Bununla da, Noem düşünür ki, Əfqanıstan vətəndaşlarının hələ də ABŞ-da qalmasına əsas yoxdur və onlar ölkələrinə risk olmadan qayıda bilərlər. 

Əfqan vətəndaşların “müvəqqəti qorunma statusu” mayın 20-də aktivliyini itirəcək. 

Əfqanıstan vətəndaşlarına “müvəqqəti qorunma statusu” 2022-ci ildə, Taliban hərəkatının bu ölkədə hakimiyyətə gəlməsindən sonra verilmişdi.

Bu statusa sahib olan əfqanlar ABŞ-da müvəqqəti yaşaya və işləyə bilirdilər. 

Əfqanıstanda insan haqlarının vəziyyəti ağır olaraq qalır. 2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Taliban qadınlara təhsil və işləməkdən tutmuş kişi həkimlərdən tibbi yardım almağa qədər bir sıra məhdudiyyətlər qoyub. 

UNESCO-nun məlumatına görə, Əfqanıstanda 1,4 milyondan çox qız uşağı təhsildən məhrumdur və bu, bütün bir nəslin gələcəyini riskə atır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Taliban şahmatı qadağan edib

12 May 2025

AFP

Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatı ölkədə şahmat oyunlarının keçirilməsini dayandırıb.  Mayın 11-də açıqlanan qərar bu idman növü üzərindən qumar oynanılması ilə əsaslandırılıb.  Əfqanıstanda qumar qanunsuzdur. 2021-ci ildən Əfqanıstanda hakimiyyətdə olan Taliban son illərdə digər idman növlərini məhdudlaşdırıb və ölkədə qadınların idmanda iştirakına tamamilə qadağa qoyub. Keçən il hakimiyyət qarışıq döyüş sənətləri (MMA) kimi sərbəst döyüşləri qadağan edərək, bunların "zorakılıq" və "şəriət baxımından problemli" olduğunu bildirib. Taliban, həmçinin qadınlara təhsil, iş, səyahət və ictimai həyatda iştirak etməyi qadağan edib. Bundan əlavə, musiqi, gözəllik salonları və qadınların görünə biləcəyi pəncərələr belə ləğv olunub.
Dünya

Zelenski: “Putini Türkiyədə gözləyəcəm”

12 May 2025

açıq mənbədən götürülüb

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin birbaşa danışıqlar təklifini qəbul edib.  Zelenski Ukraynanın danışıqlar üçün hər bir formata hazır olduğunu, özünün isə mayın 15-də Putini Türkiyədə gözləyəcəyini qeyd edib. O, bunu mayın 11-də “X” səhifəsində yazıb. “Ümid edirəm ki, Putin bu dəfə qoşulmamaq üçün bəhanələr axtarmayacaq”, - Zelenski bildirib.  Ukrayna prezidenti əlavə olaraq mayın 12-dən etibarən “bütöv və qeyd-şərtsiz” atəşkəs gözlədiyini qeyd edib. “Elə bir atəşkəs ki, diplomatiyaya lazımi zəmin yaratmaq üçün kifayət qədər uzun müddət davam etsin və sülhü əhəmiyyətli dərəcədə yaxınlaşdırsın. Bunu Ukrayna çoxdan təklif edib, bizim tərəfdaşlarımız təklif edir, bütün dünya da buna çağırır. Rusiyadan...

Seçilmiş Videolar

Toplum TV loqo